Təhsil 365 - Logo Mobile

Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək

9604.03.2026 - 15:25
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək

Martın 3-də Milli Məclis tərəfindən “Uşaq hüquqları haqqında” yeni Qanunun təsdiqlənməsi bu istiqamətdə atılan çox mühüm və müsbət addımdır.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu fikirləri açıqlamasında “Ümidli” Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri, uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Kəmalə Aşumova səsləndirib.

Onun sözlərinə görə, bu qanunun ən vacib məqamlarından biri ondan ibarətdir ki, burada uşağın ümdə maraqlarının təmin edilməsi prinsipi əsas götürülür və qəbul edilən mexanizmlər məhz uşaqların təhlükəsizliyinə, rifahına və inkişafına xidmət edir: “Qanunda xüsusilə çətin həyat şəraitində yaşayan və həssas qruplara aid olan uşaqların sosial müdafiəsi, onların hüquqlarının bərpası və müdafiəsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bu yanaşma belə uşaqların vaxtında müəyyən olunması, preventiv tədbirlərin görülməsi, erkən müdaxilə və onlara daha effektiv sosial və psixoloji dəstəyin göstərilməsi üçün əlavə imkanlar yaradır.

Digər mühüm məqam isə ondan ibarətdir ki, uşaqlarla bağlı ağır və ya riskli halların aşkar edilməsi zamanı cəmiyyətin hər bir üzvünün məsuliyyəti və iştirakçılığı vurğulanır. Belə hallarda müvafiq qurumlara, o cümlədən Uşaq Qaynar Xətt xidmətinə məlumat verilməsi mexanizmlərinin gücləndirilməsi uşaqların hüquqlarının qorunmasında multidisiplinar və kompleks yanaşmanın tətbiqinə imkan yaradacaq”.

K.Aşumova bildirib ki, layihədə, həmçinin zorakılığa məruz qalmış uşaqların hüquq-mühafizə orqanlarında dindirilməsi ilə bağlı mühüm yanaşmalar nəzərdə tutulur. Bu proseslər zamanı uşaqların ümdə maraqlarının qorunması, onların hüquqlarının təmin olunması, psixoloqun iştirakı və uşağa həssas yanaşmanın tətbiqi kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Bu isə uşaqların ikinci dəfə travma almamasına və onların hüquqlarının daha effektiv müdafiəsinə xidmət edir.

“Bundan başqa, qanun layihəsində inklüzivlik prinsipi xüsusi vurğulanır. Sənəddə əlilliyi olan uşaqların digər uşaqlarla bərabər əsaslarla təhsil almaq, cəmiyyətə inteqrasiya olunmaq və sosial mühitdə fəal iştirak etmək hüquqları dövlət tərəfindən təmin edilir. Bu yanaşma inklüziv təhsil modelinin genişləndirilməsi və fiziki, əqli, psixoloji çətinlikləri olan uşaqlar üçün maneəsiz mühitin yaradılmasını nəzərdə tutur. Ümumilikdə, qəbul olunan bu dəyişikliklər uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə, dövlət qurumları, sosial xidmətlər və vətəndaş cəmiyyəti arasında institusional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”, - deyə o vurğulayıb.

Mehriban İbadova

Xəbər Lenti

Məktəbdənkənar təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları yaradılacaq 04.03.2026 - 17:50
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - Qaydalar04.03.2026 - 17:49
“Əsrin müqaviləsi”ndən yaşıl enerji gündəliyinədək: Azərbaycanın enerji strategiyası04.03.2026 - 17:48
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib04.03.2026 - 17:45
Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb04.03.2026 - 17:43
Xaqani Şirvani irsi və Mərkəzi Asiyada ədəbi-mədəni transformasiya ənənələri04.03.2026 - 17:41
450 min təhsil işçisinə “TəhsilPlus” veriləcək04.03.2026 - 17:40
Elçin Muradov: “Hər bir universitetin öz sahəsinə görə güclü tərəfləri var”04.03.2026 - 17:38
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 17:33
TAU-da bu ixtisas üzrə qəbul balı endiriləcək04.03.2026 - 17:30
Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu mövzusunda seminar04.03.2026 - 17:28
Psixoloq Nabat Mirzəyeva alış-veriş davranışlarının psixoloji səbəblərini açıqladı04.03.2026 - 17:25
Gürcüstanda müxtəlif sahələrdə uğur qazanmış işgüzar azərbaycanlı qadınlarla görüş təşkil edilib04.03.2026 - 17:24
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:20
“İmtahan dövrü bizim üçün ən gərgin mərhələdir” – Məktəbli danışdı04.03.2026 - 17:18
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:15
Repetitor asılılığı: səbəb məktəb yoxsa imtahan sistemi?04.03.2026 - 17:12
“TələbəPlus” və “TəhsilPlus”un sahiblərinə ictimai nəqliyyatda 10 faiz endirim olacaq? - Nazir müavini açıqladı04.03.2026 - 17:10
“Gələcəkdə repetitorluğa ehtiyac qalacaqmı, yoxsa süni intellekt onu əvəz edəcək?” – Ekspert rəyi04.03.2026 - 17:08
MİQ imtahanlarına suallar hazırlayan mütəxəssislər axtarılır04.03.2026 - 17:07
“Repetitor asılılığı: səbəb məktəb yoxsa imtahan sistemidir?” – Ekspert açıqladı04.03.2026 - 17:04
İstanbul Texniki Universiteti Qarabağ Universitetində fakültə açacaq04.03.2026 - 17:00
Aqrar sahədə təhsil alanların məşğulluq göstəriciləri təhlil ediləcək04.03.2026 - 17:00
Rəqəmsal Təhsil Ənənəvi Təhsili Əvəz edə bilərmi?04.03.2026 - 16:50
TAU-da magistr proqramı açıla bilər04.03.2026 - 16:50
Android telefonlarında oğurluq, fırıldaqçılıq risklərini minimuma endirir04.03.2026 - 16:45
“Məktəbdə ən çox oxumağı və rəsm çəkməyi sevirəm” – 2-ci sinif şagirdi Ayla Cəfərzadə04.03.2026 - 16:40
Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı04.03.2026 - 16:35
U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək04.03.2026 - 16:25
“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib04.03.2026 - 15:41
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25