Təhsil 365 - Logo Mobile

AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib

9704.03.2026 - 15:41
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib

Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax", "Şamaxı", "Sumqayıt" klublarının aşağı yaş qrupları, həmçinin I Liqada mübarizə aparan MOİK, "Səbail" və "Şahdağ-Qusar"ın əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

“Tehsil365“ AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sessiya milli assosiasiyanın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib. Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Mehriban İbadova

Xəbər Lenti

Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - Qaydalar04.03.2026 - 17:49
“Əsrin müqaviləsi”ndən yaşıl enerji gündəliyinədək: Azərbaycanın enerji strategiyası04.03.2026 - 17:48
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib04.03.2026 - 17:45
Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb04.03.2026 - 17:43
Xaqani Şirvani irsi və Mərkəzi Asiyada ədəbi-mədəni transformasiya ənənələri04.03.2026 - 17:41
450 min təhsil işçisinə “TəhsilPlus” veriləcək04.03.2026 - 17:40
Elçin Muradov: “Hər bir universitetin öz sahəsinə görə güclü tərəfləri var”04.03.2026 - 17:38
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 17:33
TAU-da bu ixtisas üzrə qəbul balı endiriləcək04.03.2026 - 17:30
Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu mövzusunda seminar04.03.2026 - 17:28
Psixoloq Nabat Mirzəyeva alış-veriş davranışlarının psixoloji səbəblərini açıqladı04.03.2026 - 17:25
Gürcüstanda müxtəlif sahələrdə uğur qazanmış işgüzar azərbaycanlı qadınlarla görüş təşkil edilib04.03.2026 - 17:24
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:20
“İmtahan dövrü bizim üçün ən gərgin mərhələdir” – Məktəbli danışdı04.03.2026 - 17:18
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:15
Repetitor asılılığı: səbəb məktəb yoxsa imtahan sistemi?04.03.2026 - 17:12
“TələbəPlus” və “TəhsilPlus”un sahiblərinə ictimai nəqliyyatda 10 faiz endirim olacaq? - Nazir müavini açıqladı04.03.2026 - 17:10
“Gələcəkdə repetitorluğa ehtiyac qalacaqmı, yoxsa süni intellekt onu əvəz edəcək?” – Ekspert rəyi04.03.2026 - 17:08
MİQ imtahanlarına suallar hazırlayan mütəxəssislər axtarılır04.03.2026 - 17:07
“Repetitor asılılığı: səbəb məktəb yoxsa imtahan sistemidir?” – Ekspert açıqladı04.03.2026 - 17:04
İstanbul Texniki Universiteti Qarabağ Universitetində fakültə açacaq04.03.2026 - 17:00
Aqrar sahədə təhsil alanların məşğulluq göstəriciləri təhlil ediləcək04.03.2026 - 17:00
Rəqəmsal Təhsil Ənənəvi Təhsili Əvəz edə bilərmi?04.03.2026 - 16:50
TAU-da magistr proqramı açıla bilər04.03.2026 - 16:50
Android telefonlarında oğurluq, fırıldaqçılıq risklərini minimuma endirir04.03.2026 - 16:45
“Məktəbdə ən çox oxumağı və rəsm çəkməyi sevirəm” – 2-ci sinif şagirdi Ayla Cəfərzadə04.03.2026 - 16:40
Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı04.03.2026 - 16:35
U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək04.03.2026 - 16:25
“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək04.03.2026 - 15:25
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12