2026-cı ilin oktyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinə həsr olunan “Xaqani Şirvani irsi və Mərkəzi Asiyada ədəbi-mədəni transformasiya ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə “Tehsil365"ə muzeydən məlumat verilib.
Beynəlxalq elmi konfransın bölmələri Xaqani Şirvaninin həyatı, irsi və klassiklərin elmi yaradıcılıq bioqrafiyası problemlərini, şairin əlyazma irsi və klassik mətnlərin müasir təqdimi prinsiplərini, poeziyasında gerçək tarix və orta əsrlər tarixinin tədqiqində ədəbi mənbələrin yeri mövzularını əhatə edəcək. Konfransın bölmələri, həmçinin Xaqani Şirvani poeziyası tərcümələrdə və klassik irsin tərcüməsi məsələləri, şairin ardıclıları və Şərq ədəbiyyatında ənənəyə çevrilən şəxsiyyətlər, yaradıcılığının incəsənətdə və klassik poetik irsin çoxistiqamətli mədəni təsirləri, Xaqani Şirvaninin məktubları, Yaxın və Orta Şərqdə epistolyar irs, şairin irsinin multidisiplinar mahiyyəti və orta əsrlər Şərqinin fəlsəfi, tarixi, coğrafi məxəzləri kimi mövzuları əhatə edəcək.
Məqalələr avqustun 1-dək qəbul ediləcək.
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
E-mail: [email protected]

