Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları üçün peşə ixtisasları üzrə test suallarının tərtib edilməsi məqsədilə mütəxəssislərin seçiminə başlayır.
“Tehsil365"ə xəbər verir ki, institut aşağıdakı tələblərə cavab verən ixtisaslı kadrları əməkdaşlığa dəvət edir:
Peşə ixtisası üzrə dərin nəzəri biliklər və praktiki bacarıqlar;
Test tapşırıqlarının çətinlik dərəcəsinin (asan, orta, çətin) müəyyən edilməsi, distraktorların elmi əsaslarla qurulması, tapşırıqların idrak taksonomiyasının səviyyələrinə (bilmə, anlama, tətbiq, təhlil və s.) uyğunlaşdırılması bacarığı;
MİQ imtahan formatına və qiymətləndirmə çərçivəsinə uyğun yeni metodda (uyğunluq, klaster, situasiya və s.) sualların tərtibi təcrübəsi;
Elmi-metodik fikirləri yazılı şəkildə dəqiq və aydın ifadə etmək bacarığı.
Müraciət qaydası:
Qeyd olunan tələblərə uyğun gələn və müvafiq sahə üzrə imtahan suallarının hazırlanmasında iştirak etmək istəyən namizədlər aşağıdakı elektron keçid vasitəsilə sorğunu dolduraraq müraciət edə bilərlər:
Müraciət Formu: //forms.gle/GowBZ25NMbJRjXxY7
Son müraciət tarixi: 15 aprel 2026-cı il
Qeyd: Seçilmiş namizədlərlə növbəti mərhələdə əlaqə saxlanılacaq.

