Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir. Yeni qanun dəyişikliyinə əsasən, məktəbəhazırlıq qrupları və məktəbəqədər təhsil bundan sonra məktəbdənkənar təhsil müəssisələrində də təşkil oluna biləcək.
“Tehsil365” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Sənədə əsasən, məktəbəqədər təhsil həyata keçirilən müəssisələrin siyahısına məktəbdənkənar təhsil müəssisələri də əlavə olunur. Məktəbəhazırlıq qrupları artıq məktəbdənkənar təhsil müəssisələrində də fəaliyyət göstərə biləcək. Qanuna məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri ayrıca müəssisə növü kimi daxil edilir.
Bu o deməkdir ki, müxtəlif yaradıcılıq, inkişaf və təlim mərkəzləri də müəyyən şərtlərlə məktəbəhazırlıq xidməti göstərə biləcəklər.

