Təhsil 365 - Logo Mobile

Psixoloq Nabat Mirzəyeva alış-veriş davranışlarının psixoloji səbəblərini açıqladı

9704.03.2026 - 17:25
Psixoloq Nabat Mirzəyeva alış-veriş davranışlarının psixoloji səbəblərini açıqladı

“Harada oluruqsa olaq, kim oluruqsa olaq, öz daxili dünyamızın fərqinə varmalı, yaşadığımız duyğuları anlamağa çalışmalıyıq.”

“Təhsil365”ə açıqlamasında psixoloq Nabat Mirzəyeva insanların lazımlı və lazımsız şəkildə dayanmadan alış-veriş etmələrinin bir sıra psixoloji faktorlarla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bir çox insan emosional boşluğu doldurmaq üçün alış-verişə müraciət edir:

“Yaşadığımız həyatdan narazı olduğumuz zaman, stres, gərginlik və ya təklik hiss etdiyimiz anlarda alış-veriş zamanı yaranan qısa müddətli dopamin artımı bizdə müvəqqəti rahatlama və xoşbəxtlik hissi yaradır. İnsanlar bu müvəqqəti xoşbəxtlik üçün alış-verişə yönəlirlər.”

Psixoloq vurğulayıb ki, bu davranış təkcə emosional boşluqla deyil, həm də status göstərmək ehtiyacı ilə bağlıdır. Çox təəssüf ki, müasir dövrdə “mən kiməm” sualına cavab çox vaxt sahib olduğumuz əşyalarla ölçülür. Sosial şəbəkələrdə və reklamlarda daha çox əşya nümayiş etdirmək insanların dəyərli olduğunu göstərmək üçün bir vasitəyə çevrilib. Bu isə sosial təzyiq yaradır və başqalarını da alış-verişə sövq edir.

Mirzəyeva qeyd edib ki, bəzi hallarda bu hal kompulsiv alış pozuntusuna çevrilir:

“İnsan özünü idarə edə bilmir, alışdan sonra peşmançılıq yaşayır, amma yenə də təkrar edir. Bu artıq terapevtik müdaxilə tələb edən vəziyyətdir.”

Psixoloq əlavə edib ki, problemin kökü maddi deyil, emosional ehtiyaclarla bağlıdır. İnsan öz daxili boşluğunun fərqinə varıb onu sağlam yollarla doldurmağı öyrənərsə, hədəflərinə doğru sağlam addımlar atarsa, həddindən artıq alış-veriş davranışı tədricən azalacaq.

Mehriban İbadova

Xəbər Lenti

“DOST evi”nin uşaqları Şəkinin mədəni irsi ilə tanış olublar04.03.2026 - 19:55
Sosial şəbəkə istifadəçilərinin nəzərinə04.03.2026 - 19:45
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb04.03.2026 - 19:36
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 19:30
Arxeoloqlar Rumıniyada nadir tapıntılar aşkar etdilər04.03.2026 - 19:24
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 19:18
Bakıda ilk dəfə “Mərhəmət gecəsi” adlı tədbir təşkil edilib04.03.2026 - 19:12
Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib04.03.2026 - 19:06
“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”04.03.2026 - 19:02
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb04.03.2026 - 19:00
Bakıda “Buça” filminin nümayişi keçirilib04.03.2026 - 19:00
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək04.03.2026 - 18:55
Təhsil İnstitutunda vakansiya VAR!04.03.2026 - 18:52
“Qiymətə görə müqayisə edilmək uşaqlarda hansı uzunmüddətli təsirlər yarada bilər?” – Psixoloq açıqladı04.03.2026 - 18:52
Günəşdə nəhəng plazma atılması qeydə alındı: Yer üçün təhlükə var?04.03.2026 - 18:48
DİM abituriyent, valideyn və pedaqoji ictimaiyyətlə açıq görüş keçirib04.03.2026 - 18:48
ABŞ-də qalmaqal: "ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 18:45
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb04.03.2026 - 18:40
Arxeoloqlar Rumıniyada nadir tapıntılar aşkar etdilər04.03.2026 - 18:38
Əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub04.03.2026 - 18:30
"NetBlocks": "İranda internet əlaqəsi normanın cəmi 1%-ni təşkil edir04.03.2026 - 18:25
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif olunur04.03.2026 - 18:25
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi04.03.2026 - 18:18
Ali təhsilin beynəlmiləlləşməsi və tədqiqat potensialının gücləndirilməsi - interaktiv dərs04.03.2026 - 18:12
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik təklif olundu04.03.2026 - 18:10
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 18:08
“Ulduz” jurnalının yeni nömrəsində...04.03.2026 - 18:04
250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub04.03.2026 - 18:00
Quruluşçu rejissor: Klassik dramaturgiya hər zaman öyrədici və formalaşdırıcı xarakter daşıyır04.03.2026 - 17:57
Yaz yorğunluğu ilə vitamin çatışmazlığı arasındakı əlaqə açıqlandı04.03.2026 - 17:55
Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou 04.03.2026 - 17:55
Məktəbdənkənar təhsil müəssisələrində də məktəbəhazırlıq qrupları yaradılacaq 04.03.2026 - 17:50
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - Qaydalar04.03.2026 - 17:49
“Əsrin müqaviləsi”ndən yaşıl enerji gündəliyinədək: Azərbaycanın enerji strategiyası04.03.2026 - 17:48
ADNSU-da təhsil alan türk tələbələrlə görüş keçirilib04.03.2026 - 17:45
Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb04.03.2026 - 17:43
Xaqani Şirvani irsi və Mərkəzi Asiyada ədəbi-mədəni transformasiya ənənələri04.03.2026 - 17:41
450 min təhsil işçisinə “TəhsilPlus” veriləcək04.03.2026 - 17:40
Elçin Muradov: “Hər bir universitetin öz sahəsinə görə güclü tərəfləri var”04.03.2026 - 17:38
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 17:33
TAU-da bu ixtisas üzrə qəbul balı endiriləcək04.03.2026 - 17:30
Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu mövzusunda seminar04.03.2026 - 17:28
Gürcüstanda müxtəlif sahələrdə uğur qazanmış işgüzar azərbaycanlı qadınlarla görüş təşkil edilib04.03.2026 - 17:24
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:20
“İmtahan dövrü bizim üçün ən gərgin mərhələdir” – Məktəbli danışdı04.03.2026 - 17:18
Doktorantların dil imtahanlarının nəticələri elan olunub04.03.2026 - 17:15
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib04.03.2026 - 17:15