Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı, sabiq Ali Məhkəmə sədri Tahir Kərimlinin doğum günüdür.
“Tehsil365” xəbər verir ki, Tahir Zayıdağa oğlu Kərimli 5 mart 1956-cı ildə Ağsu rayonunda anadan olub. O, uzun illər hüquq-məhkəmə sistemində və siyasi fəaliyyət sahəsində çalışaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışmış Tahir Kərimli həmin dövrdə məhkəmə-hüquq sisteminin formalaşması prosesində iştirak edib. Sonrakı illərdə siyasi fəaliyyətini davam etdirərək 1998-ci ildə Vəhdət Partiyasını təsis edib və 2025-ci ilədək partiyanın sədri olub.
O, Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı kimi qanunvericilik fəaliyyətində iştirak edib, müxtəlif ictimai-siyasi məsələlərlə bağlı mövqeyi ilə çıxış edib.
Tahir Kərimli hüquqşünas və siyasətçi kimi Azərbaycan siyasi tarixində özünəməxsus yer tutan simalardandır.

