Təhsil 365 - Logo Mobile

Qızlar IT ixtisaslarını niyə az seçir? - Nazir müavini səbəbləri açıqladı

8305.03.2026 - 08:39
Qızlar IT ixtisaslarını niyə az seçir? - Nazir müavini səbəbləri açıqladı

“Rəqəmsal maneələr rəqəmsallaşma şəraitində daha qabarıq görünür. Qızlar IT ixtisaslarını 1,5–2 dəfə az seçirlər. Bu da müəyyən stereotiplərlə bağlıdır”.

“Tehsil365" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir müavini əlavə edib ki, təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir:

“Araşdırmalar göstərir ki, dünya üzrə qadınlar STEAM (elm, texnologiya, mühəndislik, riyaziyyat) məzunlarının cəmi 35%-ni təşkil edir. Ölkəmizdə STEAM fənləri üzrə ali məktəblərdə tələbələr arasında qadınların payı 37,1%-i keçmir. Eyni zamanda, humanitar istiqamətlərdə bu göstərici 79,7%-ə çatır. Məlumdur ki, texniki ixtisaslar ənənəvi olaraq daha yüksək gəlir təmin edir.

Bəzən qadınların təhsili və karyerası ailə öhdəliklərinə nisbətən ikinci dərəcəli kimi qəbul edilir. Qızların 76,4%-i humanitar sahələrə, oğlanların 62,8%-i (bütün tələbər arasından) isə texniki ixtisaslara yönəlir. Bu da ailədə və məktəbdə stereotiplərin mövcud olduğunu göstərir”.

F.Qurbanovun fikrincə, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də gender stereotipləri mövcuddur və əksər hallarda insanlar arasında münasibətlər bu stereotiplər əsasında formalaşır.

Nazir müavini bildirib ki, elm və təhsildə gender bərabərliyi cinsindən asılı olmayaraq bərabər hüquqların, imkanların və əməyin obyektiv qiymətləndirilməsinin təmin olunmasını nəzərdə tutur. Bu, balanslaşdırılmış təmsilçilik, stereotiplərin aradan qaldırılması və təhsilə bərabər çıxışı əhatə edir:

“Beynəlxalq təşkilatlar tərəfindən çoxsəviyyəli maneələr – hüquqi, institusional, sosial-mədəni, iqtisadi və regional – ətraflı şəkildə araşdırılır və bu maneələrin qeyd olunan prinsiplərin həyata keçirilməsinə əngəl törətdiyi müəyyən edilir. Belə maneələr faktiki bərabərliyə nail olunması üçün sistemli çətinliklər yaradır. Onların aradan qaldırılması üçün kompleks mexanizmlər əsaslandırılır: bunlar normativ-hüquqi bazaya dəyişikliklərin edilməsi, təhsil proqramlarının gender ekspertizasının tətbiqi, cinsə ayrı-seçkiliyə görə inzibati məsuliyyətin müəyyən olunması, monitorinq və maarifləndirici təşəbbüslərin təşkili”.

Zeynəb Quluyeva

Xəbər Lenti

İctimai şuranın katibi: Rahat, təhlükəsiz və gigiyenik şərait təhsildə keyfiyyət anlayışının ayrılmaz hissəsidir05.03.2026 - 11:39
Memarlığın rəng palitrası: 2D əl işi müsabiqəsi - FOTOLAR05.03.2026 - 11:30
BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır05.03.2026 - 11:19
Arxeologiya sahəsində xanımların rolu yüksək qiymətləndirilib - FOTO05.03.2026 - 11:10
Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya - FOTO05.03.2026 - 10:55
Keçid iqtisadiyyatı: nəzəri-empirik baxış bucağı05.03.2026 - 10:46
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır05.03.2026 - 10:38
Sabah hava isti olacaq05.03.2026 - 10:31
Sertifikasiya iki mərhələli olması təklif edilib 05.03.2026 - 10:25
Firudin Qurbanov: “Ölkədə gənclərin inkişafına xüsusi diqqət göstərilir”05.03.2026 - 10:18
Yaş uğur üçün maneə deyil - Firudin Qurbanov05.03.2026 - 10:07
"Yuxusuzluq şagirdlərin diqqətini zəiflədir" - Nevroloq Aytən Hacıyeva05.03.2026 - 09:55
Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyinat alıb05.03.2026 - 09:50
Milli Kitabxanada “Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı sərgi açılıb05.03.2026 - 09:44
Təzyiqin düşməni olan 4 amil05.03.2026 - 09:35
Gözləri tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər05.03.2026 - 09:26
Paytaxt məktəblərində idman həftəsi05.03.2026 - 09:20
Martın 15-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə!05.03.2026 - 09:12
Çayla qəhvənin insult və infarkt riskinə təsiri05.03.2026 - 09:00
Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?05.03.2026 - 08:47
Qan damarlarını canlandıran təbii resept 05.03.2026 - 08:30
LDU-da maarifləndirici tədbir keçirilib05.03.2026 - 08:24
Miqrenlə mübarizə aparan “möcüzəvi” qidalar05.03.2026 - 08:16
Uşaqların inkişafını ləngidən 5 qida05.03.2026 - 08:08
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - QAYDALAR05.03.2026 - 08:00
Virus və allergiyadan eyni vaxtda qoruyan vaksin hazırlanıb05.03.2026 - 07:55
Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə05.03.2026 - 07:48
Alimlər miqrenə qarşı yeni tətbiq hazırlayır05.03.2026 - 07:40
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib05.03.2026 - 07:33
LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb05.03.2026 - 07:26
Piylənmədən əziyyət çəkən uşaqların sayı durmadan artır05.03.2026 - 07:20
Bu gün hava necə olacaq?05.03.2026 - 07:09
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı05.03.2026 - 07:00
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun xatirəsi yad edilir05.03.2026 - 06:54
Milli Qəhrəman Mirələkbər İbrahimovun xatirəsi anılır05.03.2026 - 06:36
Fərman Şəkilinin xatirəsi yad olunur05.03.2026 - 06:18
Sitarə Rəhimovanın xatirəsi anılır05.03.2026 - 06:00
Ceyhun Mirzəyevin xatirəsi yad olunur05.03.2026 - 05:42
Reyhan Topçubaşovanın xatirəsi anılır05.03.2026 - 05:24
Tahir Kərimlinin doğum günü qeyd olunur05.03.2026 - 05:06
Gülşən Əkbərovanın doğum günü qeyd olunur05.03.2026 - 04:54
Yaşar Qarayevin xatirəsi yad edilir05.03.2026 - 04:36
Məmmədsadıq Nuriyevin xatirəsi yad olunur05.03.2026 - 04:18
Cəmil bəy Vəzirovun xatirəsi yad edilir05.03.2026 - 04:00
“DOST evi”nin uşaqları Şəkinin mədəni irsi ilə tanış olublar04.03.2026 - 19:55
Sosial şəbəkə istifadəçilərinin nəzərinə04.03.2026 - 19:45
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb04.03.2026 - 19:36