Təhsil 365 - Logo Mobile

Çayla qəhvənin insult və infarkt riskinə təsiri

8305.03.2026 - 09:00
Çayla qəhvənin insult və infarkt riskinə təsiri

Qəhvə və çay dünyanın ən populyar içkiləridir. Alimlər onların sağlamlığa faydalarını aktiv şəkildə araşdırır - qəhvənin uzunömürlülüyə təsirindən tutmuş çayın iltihabı azaltma qabiliyyətinə qədər. İndi bu siyahıya alimlər yeni bir üstünlük əlavə ediblər: qəhvə və çay ürək-damar xəstəlikləri riskini, həmçinin 2-ci tip diabet və ya insult inkişafı ehtimalını azalda bilər.

“Tehsil365" xəbər verir ki, "The Journal of Clinical Endocrinology & Metabolism" jurnalında dərc olunan araşdırma 37-73 yaş arası 188 min insanın qəhvə və çay istehlak vərdişlərini təhlil edib. İştirakçılar 24 saat ərzində içdikləri içkilər barədə anket doldurublar.

Bu qrupdan tədqiqatçılar təxminən 172 min nəfərin cavablarını seçiblər, çünki onlar kofeinli qəhvə və ya çay içdiklərini bildiriblər. Araşdırmanın əvvəlində heç kimdə kardiometabolik xəstəliklər yox idi (bu termin ən azı üç vəziyyətdən ikisinin mövcudluğunu nəzərdə tutur: 2-ci tip diabet, iskemik ürək xəstəliyi və insult).Təxminən 12 il sonra iştirakçılar yenidən müayinə olunub. Məlum olub ki, gündə iki-üç stəkan qəhvə və ya üç stəkana qədər çay içmək kardiometabolik sağlamlıq üçün optimaldır. Gündə təxminən 200-300 milliqram kofein qəbul edən insanlar, gündə 100 mq-dan az kofein qəbul edənlərlə müqayisədə, kardiometabolik xəstəliklərin inkişaf riski daha aşağı olub.

Alimlərin sözlərinə görə, ən aşağı risk - təxminən 50% - qəhvə içənlərdə müşahidə olunub. 200-300 mq kofeini çaydan və ya hər iki içkinin kombinasiyasından alanlarda isə risk təxminən 40% azalıb. Yalnız çay içənlərdə ən faydalı hədd gündə üç stəkana qədərdir, bundan artıq istehlak faydanı azaldır.

Daha da maraqlısı, araşdırma göstərib ki, gündə 400 mq-dan çox kofein qəbul edənlərdə (bu yalnız kofein istifadə edən iştirakçıların 4%-i) stimulyator kardiometabolik sağlamlığa mənfi təsir göstərməyib.

Qəhvə və çayın sağlamlığa təsiri

Tibb doktoru, preventiv kardioloq Adedapo İlujomade bildirir ki, kofeinli qəhvə və çay hüceyrələri zədələnmədən qoruyan, xüsusilə antioksidant maddələr ehtiva edir:

"Qəhvə və çay qlükozanın orqanizm tərəfindən emalını yaxşılaşdıra, iltihabı azalda və damar sağlamlığını dəstəkləyə bilər ki, bu da 2-ci tip diabet, ürək xəstəlikləri və insult kimi vəziyyətlərin qarşısını almağa kömək edir".

Kardioloq qeyd edib ki, bu içkilərin mülayim istehlakı bədənə zərərli təsirləri azaldır, ümumi sağlamlığı yaxşılaşdırır və göstərilən xəstəliklərin riskini azaldır.

İlujomade vurğulayıb ki, qəhvə və çay hər ikisi kardiometabolik riskləri azaldır, lakin fərqli yollarla təsir göstərir:

Qəhvə qan şəkərinin səviyyəsini daha effektiv idarə edir.

Çay, xüsusən yaşıl çay, damar funksiyasını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.

Bu, müxtəlif tip antioksidantların unikal xüsusiyyətləri ilə izah olunur: qəhvə daha yüksək xlorogen turşuları, çay isə flavonoidlər, xüsusən katexinlərlə zəngindir.

Araşdırma kofeinli içkilərə fokuslanıb. Lakin mütəxəssislər bildirirlər ki, kofeinsiz qəhvə və çay da çoxlu faydalı polifenol və antioksidantlar ehtiva edir.

"Bundan əlavə, kofein özlüyündə maddələr mübadiləsini sürətləndirə və şəkərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər", deyə İlujomade əlavə edib və bildirib ki, kofeinə həssaslığı yüksək olanlar üçün kofeinsiz variantlar daha uyğundur.

Kardioloqun sözlərinə görə, digər kofeinli içkilər eyni üstünlüklərə malik olmaya bilər. Enerji içkilərində kofein var, lakin onlar tez-tez yüksək şəkər və süni əlavələr ehtiva edir ki, bu da ürəyə mənfi təsir göstərə bilər.

"Qəhvə və çay təbii faydalı birləşmələrlə zəngindirsə, enerji içkiləri bu üstünlüklərə malik deyil və hipertoniya riskini artıra bilər. Buna görə təbii kofein mənbələrini və emal olunmuş enerji içkilərini ayırmaq vacibdir", deyə o izah edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

İctimai şuranın katibi: Rahat, təhlükəsiz və gigiyenik şərait təhsildə keyfiyyət anlayışının ayrılmaz hissəsidir05.03.2026 - 11:39
Memarlığın rəng palitrası: 2D əl işi müsabiqəsi - FOTOLAR05.03.2026 - 11:30
BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır05.03.2026 - 11:19
Arxeologiya sahəsində xanımların rolu yüksək qiymətləndirilib - FOTO05.03.2026 - 11:10
Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya - FOTO05.03.2026 - 10:55
Keçid iqtisadiyyatı: nəzəri-empirik baxış bucağı05.03.2026 - 10:46
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır05.03.2026 - 10:38
Sabah hava isti olacaq05.03.2026 - 10:31
Sertifikasiya iki mərhələli olması təklif edilib 05.03.2026 - 10:25
Firudin Qurbanov: “Ölkədə gənclərin inkişafına xüsusi diqqət göstərilir”05.03.2026 - 10:18
Yaş uğur üçün maneə deyil - Firudin Qurbanov05.03.2026 - 10:07
"Yuxusuzluq şagirdlərin diqqətini zəiflədir" - Nevroloq Aytən Hacıyeva05.03.2026 - 09:55
Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyinat alıb05.03.2026 - 09:50
Milli Kitabxanada “Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı sərgi açılıb05.03.2026 - 09:44
Təzyiqin düşməni olan 4 amil05.03.2026 - 09:35
Gözləri tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər05.03.2026 - 09:26
Paytaxt məktəblərində idman həftəsi05.03.2026 - 09:20
Martın 15-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə!05.03.2026 - 09:12
Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?05.03.2026 - 08:47
Qızlar IT ixtisaslarını niyə az seçir? - Nazir müavini səbəbləri açıqladı 05.03.2026 - 08:39
Qan damarlarını canlandıran təbii resept 05.03.2026 - 08:30
LDU-da maarifləndirici tədbir keçirilib05.03.2026 - 08:24
Miqrenlə mübarizə aparan “möcüzəvi” qidalar05.03.2026 - 08:16
Uşaqların inkişafını ləngidən 5 qida05.03.2026 - 08:08
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - QAYDALAR05.03.2026 - 08:00
Virus və allergiyadan eyni vaxtda qoruyan vaksin hazırlanıb05.03.2026 - 07:55
Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə05.03.2026 - 07:48
Alimlər miqrenə qarşı yeni tətbiq hazırlayır05.03.2026 - 07:40
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib05.03.2026 - 07:33
LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb05.03.2026 - 07:26
Piylənmədən əziyyət çəkən uşaqların sayı durmadan artır05.03.2026 - 07:20
Bu gün hava necə olacaq?05.03.2026 - 07:09
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı05.03.2026 - 07:00
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun xatirəsi yad edilir05.03.2026 - 06:54
Milli Qəhrəman Mirələkbər İbrahimovun xatirəsi anılır05.03.2026 - 06:36
Fərman Şəkilinin xatirəsi yad olunur05.03.2026 - 06:18
Sitarə Rəhimovanın xatirəsi anılır05.03.2026 - 06:00
Ceyhun Mirzəyevin xatirəsi yad olunur05.03.2026 - 05:42
Reyhan Topçubaşovanın xatirəsi anılır05.03.2026 - 05:24
Tahir Kərimlinin doğum günü qeyd olunur05.03.2026 - 05:06
Gülşən Əkbərovanın doğum günü qeyd olunur05.03.2026 - 04:54
Yaşar Qarayevin xatirəsi yad edilir05.03.2026 - 04:36
Məmmədsadıq Nuriyevin xatirəsi yad olunur05.03.2026 - 04:18
Cəmil bəy Vəzirovun xatirəsi yad edilir05.03.2026 - 04:00
“DOST evi”nin uşaqları Şəkinin mədəni irsi ilə tanış olublar04.03.2026 - 19:55
Sosial şəbəkə istifadəçilərinin nəzərinə04.03.2026 - 19:45
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb04.03.2026 - 19:36