Təhsil 365 - Logo Mobile

Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya - FOTO

9005.03.2026 - 10:55
Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya” mövzusunda elmi seminar keçirilib.

Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib. Kafedranın müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz regionu həm geosiyasi, həm də mədəni və iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Strateji kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi və zəngin enerji resurslarına malik olması regionun geosiyasi rolunu daha da artırır. Prezident İlham Əliyev tərəfindən irəli sürülən müasir inkişaf çağırışları Cənubi Qafqazda postmünaqişə mərhələsində davamlı sabitliyin təmin olunmasına, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və təhlükəsizlik arxitekturasının elmi-nəzəri əsaslar üzərində yenidən formalaşdırılmasına yönəlib. Bu kontekstdə süni intellekt sahəsində elmi və institusional problemlərin təhlili, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və perspektivlərin qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Bəxtiyar Həsənov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, müasir dövrdə qlobal dəyişikliklərin mərkəzində rəqəmsal transformasiya, süni intellekt, elmi inkişaf və innovasiya dayanır. Qafqaz regionu da bu proseslərdən kənarda qalmır və yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması, elmi potensialın gücləndirilməsi baxımından mühüm mərhələyə qədəm qoyur. Vurğulanıb ki, süni intellekt elmi tədqiqatların metodologiyasına ciddi təsir göstərərək məlumatların təhlilini avtomatlaşdırıb, tədqiqatların sürətini artırıb və daha mürəkkəb problemlərin araşdırılmasına imkan yaradıb. Bununla yanaşı, bəzi ekspertlər mümkün risklər və mənfi təsirlərlə bağlı da xəbərdarlıq edirlər.

Məruzədə qeyd olunub ki, regionun əsas müasir çağırışları sırasında geosiyasi transformasiya, postmünaqişə dövründə bərpa, iqtisadi inteqrasiya, ekoloji təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, regional əməkdaşlıq modellərinin inkişafı və rəqəmsal iqtisadiyyata keçid üçün birgə tədqiqatların aparılması xüsusi yer tutur. Azərbaycan, Gürcüstan və Ermənistan süni intellekt strategiyaları və elmi potensialın artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması haqqında mühüm sənədlər imzalanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

İctimai şuranın katibi: Rahat, təhlükəsiz və gigiyenik şərait təhsildə keyfiyyət anlayışının ayrılmaz hissəsidir05.03.2026 - 11:39
Memarlığın rəng palitrası: 2D əl işi müsabiqəsi - FOTOLAR05.03.2026 - 11:30
BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır05.03.2026 - 11:19
Arxeologiya sahəsində xanımların rolu yüksək qiymətləndirilib - FOTO05.03.2026 - 11:10
Keçid iqtisadiyyatı: nəzəri-empirik baxış bucağı05.03.2026 - 10:46
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır05.03.2026 - 10:38
Sabah hava isti olacaq05.03.2026 - 10:31
Sertifikasiya iki mərhələli olması təklif edilib 05.03.2026 - 10:25
Firudin Qurbanov: “Ölkədə gənclərin inkişafına xüsusi diqqət göstərilir”05.03.2026 - 10:18
Yaş uğur üçün maneə deyil - Firudin Qurbanov05.03.2026 - 10:07
"Yuxusuzluq şagirdlərin diqqətini zəiflədir" - Nevroloq Aytən Hacıyeva05.03.2026 - 09:55
Nicat Kazımov Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyinat alıb05.03.2026 - 09:50
Milli Kitabxanada “Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı sərgi açılıb05.03.2026 - 09:44
Təzyiqin düşməni olan 4 amil05.03.2026 - 09:35
Gözləri tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər05.03.2026 - 09:26
Paytaxt məktəblərində idman həftəsi05.03.2026 - 09:20
Martın 15-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərin nəzərinə!05.03.2026 - 09:12
Çayla qəhvənin insult və infarkt riskinə təsiri05.03.2026 - 09:00
Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?05.03.2026 - 08:47
Qızlar IT ixtisaslarını niyə az seçir? - Nazir müavini səbəbləri açıqladı 05.03.2026 - 08:39
Qan damarlarını canlandıran təbii resept 05.03.2026 - 08:30
LDU-da maarifləndirici tədbir keçirilib05.03.2026 - 08:24
Miqrenlə mübarizə aparan “möcüzəvi” qidalar05.03.2026 - 08:16
Uşaqların inkişafını ləngidən 5 qida05.03.2026 - 08:08
Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? - QAYDALAR05.03.2026 - 08:00
Virus və allergiyadan eyni vaxtda qoruyan vaksin hazırlanıb05.03.2026 - 07:55
Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə05.03.2026 - 07:48
Alimlər miqrenə qarşı yeni tətbiq hazırlayır05.03.2026 - 07:40
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib05.03.2026 - 07:33
LDU-nun tələbələri həmkarlar ittifaqının təqaüdünə layiq görülüb05.03.2026 - 07:26
Piylənmədən əziyyət çəkən uşaqların sayı durmadan artır05.03.2026 - 07:20
Bu gün hava necə olacaq?05.03.2026 - 07:09
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı05.03.2026 - 07:00
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun xatirəsi yad edilir05.03.2026 - 06:54
Milli Qəhrəman Mirələkbər İbrahimovun xatirəsi anılır05.03.2026 - 06:36
Fərman Şəkilinin xatirəsi yad olunur05.03.2026 - 06:18
Sitarə Rəhimovanın xatirəsi anılır05.03.2026 - 06:00
Ceyhun Mirzəyevin xatirəsi yad olunur05.03.2026 - 05:42
Reyhan Topçubaşovanın xatirəsi anılır05.03.2026 - 05:24
Tahir Kərimlinin doğum günü qeyd olunur05.03.2026 - 05:06
Gülşən Əkbərovanın doğum günü qeyd olunur05.03.2026 - 04:54
Yaşar Qarayevin xatirəsi yad edilir05.03.2026 - 04:36
Məmmədsadıq Nuriyevin xatirəsi yad olunur05.03.2026 - 04:18
Cəmil bəy Vəzirovun xatirəsi yad edilir05.03.2026 - 04:00
“DOST evi”nin uşaqları Şəkinin mədəni irsi ilə tanış olublar04.03.2026 - 19:55
Sosial şəbəkə istifadəçilərinin nəzərinə04.03.2026 - 19:45
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb04.03.2026 - 19:36