Təhsil 365 - Logo Mobile

Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitab təqdim olunub

9605.03.2026 - 16:20
Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitab təqdim olunub

Azərbaycan Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirilib.

“Tehsil365“ xəbər verir ki, tədbir 8 Mart – Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunub.

Görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilən tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı bildirib ki, təqdim olunan albom-kitabda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb:

"Geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş iki dəst milli geyim daxil edilib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir".

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirib:

"Bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir".

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva isə çıxışında qeyd edib ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikova çıxışında muzeydə belə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, milli geyimlər xalqın həyat tərzini, estetik zövqünü və sənətkarlıq ənənələrini özündə əks etdirən mühüm mədəni nümunələrdir.

Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirilib.

Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı olub. Sərginin martın 8-dək davam edəcəyi bildirilib.

Mehriban İbadova

Xəbər Lenti

Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23
Qaraciyər sirrozunun ağır fəsadlarını aradan qaldırmağın ən sadə yolu06.03.2026 - 17:20
“Qafqaz Albaniyasında xristianlıq: Tarixi, arxeoloji və memarlıq irsi" adlı monoqrafiya çapdan çıxıb06.03.2026 - 17:18
Naxçıvanda buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə06.03.2026 - 17:14
Sabah güclü maqnit qasırğası olacaq - Xəbərdarlıq06.03.2026 - 17:11
Leyla Əliyeva: Gənclərlə iş Azərbaycan multikulturalizminin tanıdılmasında mühüm rol oynayır06.03.2026 - 17:10
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub06.03.2026 - 17:10
Nazir: Azərbaycan məktəbinin formalaşmasında qadın müəllimlərin xüsusi rolu var06.03.2026 - 17:08
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının buraxılış vərəqələri verilir06.03.2026 - 17:05
Gender və məişət zorakılığı: milli dəyərlər kontekstində06.03.2026 - 17:04
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində görüş keçirilib06.03.2026 - 17:00
Elm və təhsil naziri təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib06.03.2026 - 16:55
MDU-da su üzrə yeni laboratoriya açılıb06.03.2026 - 16:50
Sabah yağış yağacaq, külək güclənəcək06.03.2026 - 16:45
Dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” tədris olunub - Rəvan Həsənov06.03.2026 - 16:40
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib06.03.2026 - 16:35
ADNSU-da mühəndislik sahəsində qadınların rolu barədə tələbələrlə görüş keçirilib06.03.2026 - 16:30
İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf06.03.2026 - 16:25
Elm və təhsil naziri təqaüddə olan qabaqcıl qadın təhsil işçiləri ilə görüş keçirib06.03.2026 - 16:20
Bakıda meksikalı rəssam Jazzamoartın sərgisi açılıb06.03.2026 - 16:15
Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir06.03.2026 - 16:10
Süni intellekt yaradıcısı bəşəriyyətin məhvindən qaçmağın yolunu açıqladı06.03.2026 - 16:05
Sənəd qəbulu başa çatdı06.03.2026 - 16:00
UNEC-də qadınların dayanıqlı inkişafda roluna həsr olunmuş I Beynəlxalq simpozium keçirilib06.03.2026 - 16:00
Azərbaycanı "Avroviziya"da o təmsil edəcək06.03.2026 - 15:52
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik edib06.03.2026 - 15:48
Təhsil İnstitutu "Kenquru" müsabiqəsi ilə bağlı valideynlərə müraciət edib06.03.2026 - 15:42
NDU nəzdində gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yerə layiq görülüb06.03.2026 - 15:37
Almaniya şirkəti Britaniyanın “Telegraph” media qrupunu alıb06.03.2026 - 15:30
Süni intellektdən necə düzgün istifadə etmək olar?06.03.2026 - 15:25
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər”06.03.2026 - 15:20
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 15:14
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 15:07
BDU-da təhsil alan tələbələrin 68 faizi qadınlardır - FOTO06.03.2026 - 15:02
Adil Qeybulla: Boy artımı genetik faktorlarla bağlıdır, digər amillər yalnız əlavə təsir göstərir06.03.2026 - 15:00
“Qafqaz Albaniyasında xristianlıq: Tarixi, arxeoloji və memarlıq irsi" adlı monoqrafiya çapdan çıxıb06.03.2026 - 14:58
BMU əməkdaşlarının 48 faizini qadınlar təşkil edir - FOTO06.03.2026 - 14:53
ADPU tələbələri “TUSİ” inkubasiya proqramı ilə bağlı məlumatlandırılıb - FOTO06.03.2026 - 14:47
Məsnəvidə pedaqoji nəsihətlər - FOTO06.03.2026 - 14:39