DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan əlilliyi olan tələbələrlə görüş keçirilib.
Universitetdən "Tehsil365"ə bildirilib ki, görüş çərçivəsində layihənin əsas məqsədləri, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və onların sosial-iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, Tələbələrin Akselerasiya Proqramı haqqında ətraflı təqdimat olunub.
Görüşdə Agentliyin əməkdaşları Nəzrin Məmmədzadə və Gülsüm Baxışova layihə çərçivəsində təqdim olunan imkanlar, proqramın mərhələləri və iştirak şərtləri barədə tələbələri məlumatlandırıblar. Bildirilib ki, proqramın məqsədi əlilliyi olan gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, onların bacarıqlarını artırmaq və əmək bazarında daha fəal iştirakına şərait yaratmaqdır.

