Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktını geniş işıqlandırıb.
“Tehsil365” xəbər verir ki, qardaş ölkənin mediası Prezident İlham Əliyevin fikirlərindən sitat gətirib.
Qeyd olunur ki, Azərbaycan Prezidenti atəşin hədəfinin mülki obyektlər olduğunu bildirib.
Həmçinin vurğulanır ki, Azərbaycanın dövlət başçısı İrandan rəsmi üzr tələb edib və orduya cavab tədbirləri hazırlamaq tapşırığı verib.
“Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, – deyə Türkiyə mediası Prezident İlham Əliyevin sözlərindən sitat gətirib.

