İranın Tehranın cənub-qərbində yerləşən Parand şəhərində raket hücumu nəticəsində iki məktəbə ziyan dəyi
“Tehsil365" "Al Jazeera"yə istinadən xəbər verir ki, hadisə cümə axşamı günü baş verib və yayılan fotolarda sinif otaqlarında dağıntılar və yaxınlıqdakı yaşayış məntəqələrində ziyan görünür. Məktəblər hücum zamanı bağlı olduğundan, dərhal itki barədə məlumat verilməyib.
Hələlik ölü və yaralı barədə rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, hadisə ABŞ-İsrail hərbi əməliyyatları çərçivəsində baş verib. Məktəbə zərbələr əvvəlki hücumlardan fərqli olaraq dərs vaxtında olmadığından, şagirdlərin təhlükəsizliyi təmin olunub.

