Təhsil 365 - Logo Mobile

UNEC-də I Beynəlxalq simpozium keçirilib - FOTO

7806.03.2026 - 14:21
UNEC-də I Beynəlxalq simpozium keçirilib - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə UNEC Xanım Tədqiqatçılar Şurasının təşkil etdiyi simpoziumda UNEC rektoru professor Ədalət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, universitetin əməkdaşları, qadın sahibkarlar və digər qonaqlar iştirak ediblər.

“Tehsil365" xəbər verir ki, rəsmi açılışından öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünün və şəhidlər abidəsinin önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Simpoziumu giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov tədbirin əsas məqsədinin qadın tədqiqatçıları və sahibkarları bir araya gətirərək onların dayanıqlı inkişaf, innovasiya və sosial transformasiya proseslərində rolunu elmi müstəvidə müzakirə etmək, həmçinin beynəlxalq akademik əməkdaşlıqları və elmi dialoqu genişləndirmək olduğunu qeyd edib. Qadınların iqtisadiyyata verdiyi töhfələri statistik göstəricilərlə təhlil edən rektor bildirib ki, hazırda qlobal ÜDM-in 37 faizi məhz qadın əməyi nəticəsində formalaşır: “Əgər qadınlar kişilərlə eyni səviyyədə istehsal prosesinə cəlb olunsaydılar, qlobal ÜDM 26 faiz artaraq ABŞ və Çin iqtisadiyyatının birlikdə yaratdığı həcmdən də böyük olardı”.

Rektor UNEC-in elmi fəaliyyətində xanım tədqiqatçıların roluna da diqqət çəkib: “2025-ci ildə Scopus bazasında indekslənən 1120 elmi əsərin 33 faizi qadın tədqiqatçılar tərəfindən yazılıb. Bu əsərlərin 52 faizi beynəlxalq istinadlar alıb və universitetin ümumi istinadlarının 27 faizini təşkil edir”- deyə, bildirib. O, universitetin idarəetmə strukturunda, eləcə də tələbə sayında xanımların təmsilçilik payına da toxunub.

Sonda Ədalət Muradov təşəbbüs irəli sürüb: “Cənab Prezidentin rəqəmsal platformalara həsr olunmuş müşavirədə rəqəmsal texnologiyalar və süni intellektin inkişafı ilə bağlı verdiyi tapşırıqlara töhfə vermək məqsədilə UNEC-də xanımlar üçün süni intellekt savadlılığı üzrə uzunmüddətli onlayn təlim proqramlarına başlamağı təklif edirəm”- deyə, rektor bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında gender bərabərliyinin real həyatda tətbiqinin effektiv mexanizmlərindən danışıb. O, elmi mühitdə çalışan alimlərin cəmiyyət üçün nümunəvi model yaratdıqlarını vurğulayıb: “Cəmiyyətdə alim adı həmişə xüsusi hörmətlə qarşılanır. Bu baxımdan, elmi mühitdə akademik rəhbərlərin mövqeyi cəmiyyət üçün nümunə rolunu oynayır”. B.Muradova elmin missiyasının bəşəriyyət naminə bilik yaratmaq olduğunu və bu prosesdə qadınların potensialından sistemli istifadənin vacibliyini qeyd edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxış edərək UNEC-də xanımların elm və tədris sahəsindəki fəaliyyəti üçün yaradılmış geniş imkanları yüksək qiymətləndirib. Qadınların ölkənin inkişafına verdiyi töhfələrə toxunan H.Hüseynova dövlət başçısının müvafiq fərmanı ilə Rəqəmsallaşmaya dair Şuranın yaradılmasının əhəmiyyətinə diqqət çəkib, şuraya rəhbərliyin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həvalə olunmasının ölkənin texnoloji və strateji tərəqqisi üçün mühüm təkan olduğunu bildirib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə güclü ailə modelinin və düzgün idarəetmənin sağlam cəmiyyət üçün təməl olduğunu qeyd edərək, qadınların həm biznesdə, həm də sosial həyatda artan fəallığının ölkənin iqtisadi potensialının güclənməsində həlledici rol oynadığını vurğulayıb.

Sonda UNEC Xanım Tədqiqatçılar Şurasının sədri Nərgiz Hacıyeva rəhbəri olduğu şuranın fəaliyyəti barədə məlumat verib. Həmçinin gender tədqiqatları, qadınların elmdə roluna həsr olunmuş UNEC-in “International Journal of Gender, Knowledge and Social Futures” adlı beynəlxalq elmi jurnalını və Azərbaycanın 32 qadının sahibkarlıq fəaliyyətini əks etdirən “Odlar Yurdunun Yeddi Portreti” kitabını təqdim edib.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri qadınlara həsr olunan şeirlər səsləndiriblər.

Simpozium çərçivəsində “Odlar Yurdunun Yeddi Portreti” kitabında bəhs olunan 32 qadın sahibkarın ontropoloji rəsmləri, UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin Kitabxana İnformasiya Mərkəzinin kitabları nümayiş olunub.

 

Aydan Ələkbərova

Xəbər Lenti

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52
​Bu vərdişlər insanın ağıllı olduğunu göstərir06.03.2026 - 19:45
Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub06.03.2026 - 19:37
Bayram və istirahət günlərinin havası açıqlandı - külək, yağış...06.03.2026 - 19:32
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 19:25
Onlayn təhsil ənənəvi təhsilin yerini tuta bilərmi06.03.2026 - 19:21
Sosial şəbəkələrin şagirdlərin təhsilinə təsiri necə qiymətləndirilir?06.03.2026 - 19:17
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub06.03.2026 - 19:15
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 19:11
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində uşaq evi sakinlərinin iştirakı ilə səhnəcik nümayiş olunub06.03.2026 - 19:06
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub06.03.2026 - 19:02
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur06.03.2026 - 18:59
Argentinada kəlağayı sənəti haqqında ustad dərsləri06.03.2026 - 18:57
Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb06.03.2026 - 18:55
Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində sərgi təşkil olunub06.03.2026 - 18:54
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”06.03.2026 - 18:54
Martın 7-də havanın temperaturu dəyişəcək06.03.2026 - 18:50
BMU-da AGTL nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub06.03.2026 - 18:47
Tələbə dörd gün yuxusuz oyun oynadıqdan sonra vəfat edib06.03.2026 - 18:44
İngiltərə məktəblərində allergiya qaydaları sərtləşdirilir06.03.2026 - 18:39
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ06.03.2026 - 18:36
Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək 06.03.2026 - 18:31
“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir06.03.2026 - 18:26
Bayram və istirahət günlərinin havası açıqlandı06.03.2026 - 18:25
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb06.03.2026 - 18:22
İndoneziyada yeniyetmələrə sosial media qadağası06.03.2026 - 18:18
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib06.03.2026 - 18:15
BMU-da gender bərabərliyi mövzusunda mütəxəssislə görüş keçirilib06.03.2026 - 18:14
Prezident Azərbaycan qadınlarını təbrik etdi06.03.2026 - 18:06
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə06.03.2026 - 17:56
Sağlam yuxunun müddəti müəyyən edildi06.03.2026 - 17:55
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 17:48
“Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək06.03.2026 - 17:45
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər” 06.03.2026 - 17:41
Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb06.03.2026 - 17:40
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır06.03.2026 - 17:40
Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23