Təhsil 365 - Logo Mobile

“İmkanlar hər kəs üçün” layihəsinə start verilib

9606.03.2026 - 15:07
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanılıb.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.

“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl işlərindən ibarət ekspozisiya ilə tanış olub, mərkəzin təlim studiyalarında yaradıcılıq prosesini izləyiblər.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə həssas qruplardan olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi və sosial adaptasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər barədə məlumat verib.

BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən biri kimi önə çıxardığını diqqətə çatdırıb.

“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması, onların əmək bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi baxımından önəmi vurğulanıb.

Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Qeyd olunub ki, martın 10-dan etibarən mərkəzin əlilliyi olan 30 nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları, beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı yaradılacaq.

Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Mehriban İbadova

Xəbər Lenti

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52
​Bu vərdişlər insanın ağıllı olduğunu göstərir06.03.2026 - 19:45
Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub06.03.2026 - 19:37
Bayram və istirahət günlərinin havası açıqlandı - külək, yağış...06.03.2026 - 19:32
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 19:25
Onlayn təhsil ənənəvi təhsilin yerini tuta bilərmi06.03.2026 - 19:21
Sosial şəbəkələrin şagirdlərin təhsilinə təsiri necə qiymətləndirilir?06.03.2026 - 19:17
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub06.03.2026 - 19:15
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 19:11
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində uşaq evi sakinlərinin iştirakı ilə səhnəcik nümayiş olunub06.03.2026 - 19:06
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub06.03.2026 - 19:02
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur06.03.2026 - 18:59
Argentinada kəlağayı sənəti haqqında ustad dərsləri06.03.2026 - 18:57
Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb06.03.2026 - 18:55
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”06.03.2026 - 18:54
Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində sərgi təşkil olunub06.03.2026 - 18:54
Martın 7-də havanın temperaturu dəyişəcək06.03.2026 - 18:50
BMU-da AGTL nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub06.03.2026 - 18:47
Tələbə dörd gün yuxusuz oyun oynadıqdan sonra vəfat edib06.03.2026 - 18:44
İngiltərə məktəblərində allergiya qaydaları sərtləşdirilir06.03.2026 - 18:39
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ06.03.2026 - 18:36
Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək 06.03.2026 - 18:31
“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir06.03.2026 - 18:26
Bayram və istirahət günlərinin havası açıqlandı06.03.2026 - 18:25
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb06.03.2026 - 18:22
İndoneziyada yeniyetmələrə sosial media qadağası06.03.2026 - 18:18
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib06.03.2026 - 18:15
BMU-da gender bərabərliyi mövzusunda mütəxəssislə görüş keçirilib06.03.2026 - 18:14
Prezident Azərbaycan qadınlarını təbrik etdi06.03.2026 - 18:06
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə06.03.2026 - 17:56
Sağlam yuxunun müddəti müəyyən edildi06.03.2026 - 17:55
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 17:48
“Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək06.03.2026 - 17:45
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər” 06.03.2026 - 17:41
Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb06.03.2026 - 17:40
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır06.03.2026 - 17:40
Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”06.03.2026 - 17:25
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23