Bakı Dövlət Sirki martın 14-dən 30-dək müxtəlif dövrlərdə Beynəlxalq Sirk Festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini təmsil edən dünya səviyyəli sənətçilərin iştirakı ilə hazırlanmış “Səmaya yüksələnlər” adlı şou təqdim edəcək.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Dövlət Sirkinin mətbuat xidmətindən bildirilib ki, şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan olan məşhur akrobatlar və artistlər səhnəyə çıxacaq.
Proqramda Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti, təlimləndirilmiş itlər və atlar ilə maraqlı və valehedici nömrələr, Avropanı turnikdə möhtəşəm performansı ilə heyran etmiş akrobatik duet və s. nümayiş olunacaq.
Proqramda hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb.
Tamaşa Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda təqdim olunacaq.

