Almaniyanın aparıcı media şirkətlərindən biri olan “Axel Springer” Böyük Britaniyanın məşhur “Telegraph” media qrupunu 575 milyon funt-sterlinq dəyərində satın almaq barədə razılıq əldə edib.
“Tehsil365“ The Independent-ə istinadla xəbər verir ki, bu barədə şirkətlər rəsmi açıqlama yayıblar.
Məlumata görə, nağd şəkildə həyata keçiriləcək sövdələşmə çərçivəsində “Daily Telegraph” və “Sunday Telegraph” qəzetləri də daxil olmaqla media qrupunun bütün aktivləri “Axel Springer” şirkətinə keçəcək. Şirkətin baş icraçı direktoru Matias Döfner bildirib ki, şirkət uzun illərdir bu media qurumunu almaq istəyirdi.
“Axel Springer”, həmçinin “Politico” və “Business Insider” kimi nüfuzlu media platformalarının sahibidir.

