Təhsil 365 - Logo Mobile

UNEC-də qadınların dayanıqlı inkişafda roluna həsr olunmuş I Beynəlxalq simpozium keçirilib

9506.03.2026 - 16:00
UNEC-də qadınların dayanıqlı inkişafda roluna həsr olunmuş I Beynəlxalq simpozium keçirilib

UNEC-də “Dayanıqlı Sosial-İqtisadi İnkişafda Qadınların Rolu” adlı I Beynəlxalq Simpozium keçirilib.

“Tehsil365“ xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə UNEC  Xanım Tədqiqatçılar Şurasının təşkil etdiyi simpoziumda UNEC rektoru professor Ədalət Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, universitetin əməkdaşları, qadın sahibkarlar və digər qonaqlar iştirak ediblər.

Rəsmi açılışından öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünün və şəhidlər abidəsinin önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Simpoziumu giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov tədbirin əsas məqsədinin qadın tədqiqatçıları və sahibkarları bir araya gətirərək onların dayanıqlı inkişaf, innovasiya və sosial transformasiya proseslərində rolunu elmi müstəvidə müzakirə etmək, həmçinin beynəlxalq akademik əməkdaşlıqları və elmi dialoqu genişləndirmək olduğunu qeyd edib. Qadınların iqtisadiyyata verdiyi töhfələri statistik göstəricilərlə təhlil edən rektor bildirib ki, hazırda qlobal ÜDM-in 37 faizi məhz qadın əməyi nəticəsində formalaşır: “Əgər qadınlar kişilərlə eyni səviyyədə istehsal prosesinə cəlb olunsaydılar, qlobal ÜDM 26 faiz artaraq ABŞ və Çin iqtisadiyyatının birlikdə yaratdığı həcmdən də böyük olardı”.

Rektor UNEC-in elmi fəaliyyətində xanım tədqiqatçıların roluna da diqqət çəkib: “2025-ci ildə Scopus bazasında indekslənən 1120 elmi əsərin 33 faizi qadın tədqiqatçılar tərəfindən yazılıb. Bu əsərlərin 52 faizi beynəlxalq istinadlar alıb və universitetin ümumi istinadlarının 27 faizini təşkil edir”- deyə, bildirib. O, universitetin idarəetmə strukturunda, eləcə də tələbə sayında xanımların təmsilçilik payına da toxunub.

Sonda Ədalət Muradov təşəbbüs irəli sürüb: “Cənab Prezidentin rəqəmsal platformalara həsr olunmuş müşavirədə rəqəmsal texnologiyalar və süni intellektin inkişafı ilə bağlı verdiyi tapşırıqlara töhfə vermək məqsədilə UNEC-də xanımlar üçün süni intellekt savadlılığı üzrə uzunmüddətli onlayn təlim proqramlarına başlamağı təklif edirəm”- deyə, rektor bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında gender bərabərliyinin real həyatda tətbiqinin effektiv mexanizmlərindən danışıb. O, elmi mühitdə çalışan alimlərin cəmiyyət üçün nümunəvi model yaratdıqlarını vurğulayıb: “Cəmiyyətdə alim adı həmişə xüsusi hörmətlə qarşılanır. Bu baxımdan, elmi mühitdə akademik rəhbərlərin mövqeyi cəmiyyət üçün nümunə rolunu oynayır”. B.Muradova elmin missiyasının bəşəriyyət naminə bilik yaratmaq olduğunu və bu prosesdə qadınların potensialından sistemli istifadənin vacibliyini qeyd edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova çıxış edərək UNEC-də xanımların elm və tədris sahəsindəki fəaliyyəti üçün yaradılmış geniş imkanları yüksək qiymətləndirib. Qadınların ölkənin inkişafına verdiyi töhfələrə toxunan H.Hüseynova dövlət başçısının müvafiq fərmanı ilə Rəqəmsallaşmaya dair Şuranın yaradılmasının əhəmiyyətinə diqqət çəkib, şuraya rəhbərliyin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həvalə olunmasının ölkənin texnoloji və strateji tərəqqisi üçün mühüm təkan olduğunu bildirib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə güclü ailə modelinin və düzgün idarəetmənin sağlam cəmiyyət üçün təməl olduğunu qeyd edərək, qadınların həm biznesdə, həm də sosial həyatda artan fəallığının ölkənin iqtisadi potensialının güclənməsində həlledici rol oynadığını vurğulayıb.

Sonda UNEC Xanım Tədqiqatçılar Şurasının sədri Nərgiz Hacıyeva rəhbəri olduğu şuranın fəaliyyəti barədə məlumat verib. Həmçinin gender tədqiqatları, qadınların elmdə roluna həsr olunmuş UNEC-in “International Journal of Gender, Knowledge and Social Futures” adlı beynəlxalq elmi jurnalını və Azərbaycanın 32 qadının sahibkarlıq fəaliyyətini əks etdirən “Odlar Yurdunun Yeddi Portreti” kitabını təqdim edib.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri qadınlara həsr olunan şeirlər səsləndiriblər.

Simpozium çərçivəsində “Odlar Yurdunun Yeddi Portreti” kitabında bəhs olunan 32 qadın sahibkarın ontropoloji rəsmləri, UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin Kitabxana İnformasiya Mərkəzinin kitabları nümayiş olunub.

Mehriban İbadova

Xəbər Lenti

ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43
16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası07.03.2026 - 08:30
Bayram və istirahət günlərinin hava proqnozu 07.03.2026 - 08:17
BMU-da qadınlara həsr olunan tədbir keçirilib07.03.2026 - 08:06
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb07.03.2026 - 07:55
Bu gün güclü maqnit qasırğası olacaq07.03.2026 - 07:45
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO07.03.2026 - 07:33
Qızlarının təhsili üçün 12 km yol gedən Əfqan ata...07.03.2026 - 07:23
11 dərəcə isti...- Günün havası 07.03.2026 - 07:12
"Yalnız nasistlər kitabları qadağan edir”: tələbələr ali təhsil uğrunda mübarizədə ön cəbhədə07.03.2026 - 07:00
Prorektor A-səviyyəsi olmayanlar üçün tələbə kreditlərinin yenidən nəzərdən keçirilməsinə çağırır07.03.2026 - 06:36
Vaqif Nəzirov-un vəfatından illər ötür07.03.2026 - 06:18
Hikmət Atayev-in vəfatından illər ötür07.03.2026 - 06:00
Nəsrulla İmanquliyev-in vəfatından illər ötür07.03.2026 - 05:42
Süleyman Vəliyev-in vəfatından illər ötür07.03.2026 - 05:18
Ruslan Abdullayev-in doğum günüdür07.03.2026 - 05:06
Yuri Omelçenko-nun doğum günüdür07.03.2026 - 04:54
Xuraman Hacıyeva-nın doğum günüdür07.03.2026 - 04:36
Salam Salamzadə-nin doğum günüdür07.03.2026 - 04:18
Əli bəy Hüseynzadə-nin doğum günüdür07.03.2026 - 04:00
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52