Martın 15-də Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.
“Tehsil365" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yer alıb.
DİM şagirdlərin nəzərinə çatdırır ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

