Təhsil 365 - Logo Mobile

MDU-da su üzrə yeni laboratoriya açılıb

9206.03.2026 - 16:50
MDU-da su üzrə yeni laboratoriya açılıb

Yeni yaradılan laboratoriya istifadəyə verilib, su resurslarının elmi təhlili və tətbiqyönümlü tədqiqatlar üçün imkanlar yaradılıb

Tehsil365 “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki,Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının açılışı olub. Yeni yaradılan laboratoriya artıq istifadəyə verilib və su resurslarının elmi əsaslarla araşdırılması, praktik tədrisin gücləndirilməsi və region üzrə tətbiqyönümlü tədqiqatların genişləndirilməsi baxımından yeni imkanlar yaradıb.

MDU-nun rektoru Anar Eminov bildirib ki, laboratoriyanın açılması universitetin elmi-tədqiqat və tətbiqi təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, su resursları ilə bağlı məsələlər bu gün həm ətraf mühit, həm ictimai sağlamlıq, həm də sosial-iqtisadi dayanıqlılıq kontekstində xüsusi aktuallıq daşıyır. Rektor vurğulayıb ki, məhz buna görə suyun keyfiyyətinin elmi əsaslarla araşdırılması və nəticələrin daha dəqiq şəkildə əldə olunması üçün müasir laboratoriya mühitinin formalaşdırılması prioritet hesab olunur.

Yeni laboratoriya MDU-da yaradılmış Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Su və İstilik Enerjisi Tədqiqatları Qrupunun işi ilə uyğunlaşdırılıb. Burada su nümunələrinin götürülməsi, saxlanması və hazırlanması üzrə iş prosesləri qurulub, suyun əsas fiziki və fiziki-kimyəvi göstəricilərinin ölçülməsi və təhlili üçün zəruri avadanlıqlar yerləşdirilib.

Laboratoriyada suyun pH göstəricisinin, temperaturunun, elektrik keçiriciliyinin, sərtliyinin, bulanıqlığının müəyyənləşdirilməsi, eləcə də tərkib parametrlərinin qiymətləndirilməsi mümkündür. Analizlər zamanı təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun laborator yanaşmaların tətbiqi də nəzərdə tutulur.

Yeni laboratoriyanın fəaliyyəti MDU-nun 2026–2030-cu illəri əhatə edən İnkişaf Strategiyası ilə uzlaşır. Strategiyada tədqiqat infrastrukturunun möhkəmləndirilməsi, tətbiqyönümlü elmin gücləndirilməsi, tədrisdə praktik komponentlərin artırılması və universitetin regionun inkişaf gündəliyində daha fəal elmi tərəfdaş kimi mövqeyinin genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən olunub.

Laboratoriya müəllimlər üçün sahə üzrə tədqiqatların daha sistemli aparılmasına, tələbələr üçün isə su və ətraf mühitlə bağlı fənlərin real laboratoriya mühitində öyrənilməsinə xidmət edəcək. Eyni zamanda, onun regional xarakter daşıması Mingəçevir və ətraf ərazilərdə su ilə bağlı laboratoriya araşdırmalarının aparılmasına, elmi əsaslı məlumatların toplanmasına və yeni əməkdaşlıqların formalaşmasına imkan yaradacaq.

Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının istifadəyə verilməsi MDU-da elmi potensialın gücləndirilməsi, tətbiqi təhsilin inkişafı və su resurslarına məsuliyyətli yanaşma mədəniyyətinin təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52
​Bu vərdişlər insanın ağıllı olduğunu göstərir06.03.2026 - 19:45
Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub06.03.2026 - 19:37
Bayram və istirahət günlərinin havası açıqlandı - külək, yağış...06.03.2026 - 19:32
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 19:25
Onlayn təhsil ənənəvi təhsilin yerini tuta bilərmi06.03.2026 - 19:21
Sosial şəbəkələrin şagirdlərin təhsilinə təsiri necə qiymətləndirilir?06.03.2026 - 19:17
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub06.03.2026 - 19:15
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 19:11
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində uşaq evi sakinlərinin iştirakı ilə səhnəcik nümayiş olunub06.03.2026 - 19:06
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub06.03.2026 - 19:02
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur06.03.2026 - 18:59
Argentinada kəlağayı sənəti haqqında ustad dərsləri06.03.2026 - 18:57
Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb06.03.2026 - 18:55
Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində sərgi təşkil olunub06.03.2026 - 18:54
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”06.03.2026 - 18:54
Martın 7-də havanın temperaturu dəyişəcək06.03.2026 - 18:50
BMU-da AGTL nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub06.03.2026 - 18:47
Tələbə dörd gün yuxusuz oyun oynadıqdan sonra vəfat edib06.03.2026 - 18:44
İngiltərə məktəblərində allergiya qaydaları sərtləşdirilir06.03.2026 - 18:39
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ06.03.2026 - 18:36
Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək 06.03.2026 - 18:31
“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir06.03.2026 - 18:26
Bayram və istirahət günlərinin havası açıqlandı06.03.2026 - 18:25
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb06.03.2026 - 18:22
İndoneziyada yeniyetmələrə sosial media qadağası06.03.2026 - 18:18
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib06.03.2026 - 18:15
BMU-da gender bərabərliyi mövzusunda mütəxəssislə görüş keçirilib06.03.2026 - 18:14
Prezident Azərbaycan qadınlarını təbrik etdi06.03.2026 - 18:06
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə06.03.2026 - 17:56
Sağlam yuxunun müddəti müəyyən edildi06.03.2026 - 17:55
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 17:48
“Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək06.03.2026 - 17:45
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər” 06.03.2026 - 17:41
Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb06.03.2026 - 17:40
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır06.03.2026 - 17:40
Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23