Təhsil 365 - Logo Mobile

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində görüş keçirilib

9306.03.2026 - 17:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində ilk görüş təşkil olunub.

Tehsil365” "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, paytaxtdakı Humanitar Fənlər Təmayüllü liseydə keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Vüqar Rəhimzadə, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, məktəb direktorları, media nümayəndələri, liseyin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Qonaqlar əvvəlcə liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsinin inklüziv təhsil, “Rəqəmsal bacarıqlar” və STEAM kabinetləri ilə tanış olublar.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqları salamlayan liseyin direktoru Nəzakət Əsgərova məktəblərin ictimai hesabatlılığının təmin olunması baxımından layihənin mühüm əhəmiyyətindən danışıb. Liseyin uğurları, ötən illərin statistik nəticələri və gələcək hədəflərinə dair təqdimatla çıxış edən N.Əsgərova təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan nailiyyətlər, şagirdlərin təhsil göstəriciləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə ümumi təhsil müəssisələrində ictimai müzakirələrin keçirilməsini təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, məktəb-icma əməkdaşlığının gücləndirilməsinə, təhsil prosesində qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Millət vəkili V.İsgəndərov, Xətai RİH İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri P.İmanov, YAP Xətai Rayon Təşkilatının sədri R.Mirzəyev, Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası M.Əsgərov, müəllimlər, valideynlər və digər çıxış edənlər bu cür təşəbbüslərin təhsil sahəsində sağlam ictimai mühitin formalaşmasına, məktəblərin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və cəmiyyətin təhsilə inamının gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıblar.

Daha sonra məktəblilərin ifasında kompozisiyalar nümayiş olunub, həmçinin lisey şagirdlərinin görüş əsnasında çəkdikləri rəsmlər təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52
​Bu vərdişlər insanın ağıllı olduğunu göstərir06.03.2026 - 19:45
Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub06.03.2026 - 19:37
Bayram və istirahət günlərinin havası açıqlandı - külək, yağış...06.03.2026 - 19:32
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 19:25
Onlayn təhsil ənənəvi təhsilin yerini tuta bilərmi06.03.2026 - 19:21
Sosial şəbəkələrin şagirdlərin təhsilinə təsiri necə qiymətləndirilir?06.03.2026 - 19:17
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub06.03.2026 - 19:15
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 19:11
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində uşaq evi sakinlərinin iştirakı ilə səhnəcik nümayiş olunub06.03.2026 - 19:06
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub06.03.2026 - 19:02
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur06.03.2026 - 18:59
Argentinada kəlağayı sənəti haqqında ustad dərsləri06.03.2026 - 18:57
Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb06.03.2026 - 18:55
Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində sərgi təşkil olunub06.03.2026 - 18:54
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”06.03.2026 - 18:54
Martın 7-də havanın temperaturu dəyişəcək06.03.2026 - 18:50
BMU-da AGTL nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub06.03.2026 - 18:47
Tələbə dörd gün yuxusuz oyun oynadıqdan sonra vəfat edib06.03.2026 - 18:44
İngiltərə məktəblərində allergiya qaydaları sərtləşdirilir06.03.2026 - 18:39
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ06.03.2026 - 18:36
Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək 06.03.2026 - 18:31
“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir06.03.2026 - 18:26
Bayram və istirahət günlərinin havası açıqlandı06.03.2026 - 18:25
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb06.03.2026 - 18:22
İndoneziyada yeniyetmələrə sosial media qadağası06.03.2026 - 18:18
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib06.03.2026 - 18:15
BMU-da gender bərabərliyi mövzusunda mütəxəssislə görüş keçirilib06.03.2026 - 18:14
Prezident Azərbaycan qadınlarını təbrik etdi06.03.2026 - 18:06
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə06.03.2026 - 17:56
Sağlam yuxunun müddəti müəyyən edildi06.03.2026 - 17:55
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 17:48
“Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək06.03.2026 - 17:45
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər” 06.03.2026 - 17:41
Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb06.03.2026 - 17:40
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır06.03.2026 - 17:40
Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23