5 mart 2026-cı il tarixində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Tağıyev: Neft” filminin nümayişi keçirilib.
“Tehsil365" xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə SOCAR və Bakı Media Mərkəzinin nümayəndələri, BANM-in müəllim və tələbələri, filmin yaradıcı heyəti və aktyorlar iştirak ediblər.
Filmin nümayişindən sonra çıxışlar edilib, yaradıcı heyətlə sual-cavab formatında maraqlı müzakirələr aparılıb.
Həmçinin, A.Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

