Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Tarixdə qadın izi” tədbiri təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Tehsil365"ə verilən məlumata görə, tədbir valideyn himayəsindən məhrum olmuş uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, yeni nəslin ədəbiyyata marağını artırmaq və milli ədəbi irsin təbliğinə töhfə vermək məqsədilə təşkil olunub.
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində keçirilən tədbirdə uşaqlar İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərindən seçilmiş kiçik epizodları səhnələşdiriblər. Təqdim edilən səhnəciklərdə qadının cəmiyyətdəki rolu, mənəvi gücü və iradəsinə diqqət çəkilib.

