Rəqəmsal texnologiyaların inkişafı ilə birlikdə onlayn təhsil modeli daha geniş yayılmağa başlayıb. Bu isə belə bir sualı gündəmə gətirir: onlayn təhsil ənənəvi təhsilin yerini tam şəkildə tuta bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti “Tehsil365"ə bildirib ki, onlayn təhsil müəyyən üstünlüklərə malikdir: “Bu model zaman və məkan məhdudiyyətini aradan qaldırır, müxtəlif bölgələrdə yaşayan insanların təhsil resurslarına çıxışını asanlaşdırır.”
Ekspert qeyd edib ki, xüsusilə əlavə təhsil və ixtisasartırma proqramlarında onlayn təhsil effektiv vasitə kimi istifadə olunur.
Bununla belə, o vurğulayıb ki, ənənəvi təhsil modelinin də əvəzolunmaz tərəfləri var: “Məktəb mühiti yalnız bilik ötürülməsi ilə məhdudlaşmır. Burada sosial ünsiyyət, kollektivdə davranış və müəllimlə birbaşa əlaqə kimi vacib amillər formalaşır.”
Ekspertin fikrincə, gələcəkdə ən optimal model hibrid yanaşma ola bilər: “Onlayn və ənənəvi təhsil metodlarının birlikdə tətbiqi daha effektiv nəticə verə bilər.”

