Təhsil 365 - Logo Mobile

Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”

10906.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”

Uşaqlıq travmaları uşağın dünyanı qəbul etməsinə, özünəinamına və gələcək münasibətlərinə dərin təsir göstərə bilər; emosional laqeydlik, ailədaxili gərginlik və valideyn itkisi kimi təcrübələr sonrakı həyatda emosional çətinliklərə, etibar problemlərinə və psixoloji pozuntulara gətirib çıxara bilər.

Mirsadiq Muxtarov “Tehsil365” saytına verdiyi açıqlamada bildirib ki, uşaqlıq travmaları yalnız fiziki zorakılıqla məhdudlaşmır:

“Uşaqlıq travmaları və onların insan həyatına təsiri olduqca geniş mövzudur. Uşaqlıq dövrü insan şəxsiyyətinin formalaşdığı ən həssas və vacib mərhələlərdən biridir. Bu dövrdə yaşanan hadisələr uşağın dünyanı necə qəbul etməsinə, özünə və ətrafdakı insanlara münasibətinə birbaşa təsir göstərir. Travma dedikdə yalnız fiziki zorakılıq deyil, eyni zamanda emosional laqeydlik, uşağa qarşı davamlı tənqidlər, ailədaxili gərginlik, valideynlər arasında konfliktlər, valideyn itkisi və sevgi çatışmazlığı kimi hallar da nəzərdə tutulur.”

Psixoloqun sözlərinə görə, bu kimi təcrübələr insanın gələcək psixoloji vəziyyətinə və münasibətlərinə təsir göstərə bilər:

“Belə şəxslərdə özünəinamın və özünüqiymətləndirmənin aşağı olması, insanlara güvənməkdə çətinlik və sosial münasibətlərdə problemlər müşahidə oluna bilər. Bəzi hallarda uşaqlıqda kifayət qədər sevgi və dəstək görməyən insanlar yetkinlik dövründə münasibətlərdə həddindən artıq ehtiyatlı davranır və ya daim təsdiq və diqqət axtarmağa meylli olurlar.”

Mütəxəssis qeyd edib ki, uzunmüddətli psixoloji gərginlik bəzi hallarda depressiya, təşviş pozuntuları və stressə qarşı dözümsüzlük kimi problemlərə səbəb ola bilər.

Bununla yanaşı, o vurğulayıb ki, uşaqlıq travmaları insanın gələcəyini mütləq şəkildə müəyyən etmir:

“İnsan psixikası adaptasiya xüsusiyyətinə malikdir. Vaxtında göstərilən psixoloji dəstək, sağlam sosial mühit və anlayışlı münasibətlər travmanın təsirini azaltmağa kömək edə bilər. Müasir psixologiyada tətbiq olunan psixoterapiya üsulları vasitəsilə insanlar yaşadıqları çətinliklərin öhdəsindən gələ və həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər.”

Ekspert həmçinin bildirib ki, uşaqların emosional ehtiyaclarını anlamaq, onları dinləmək və təhlükəsiz mühit yaratmaq psixoloji sağlam fərdlərin formalaşmasında mühüm rol oynayır.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52
​Bu vərdişlər insanın ağıllı olduğunu göstərir06.03.2026 - 19:45
Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub06.03.2026 - 19:37
Bayram və istirahət günlərinin havası açıqlandı - külək, yağış...06.03.2026 - 19:32
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 19:25
Onlayn təhsil ənənəvi təhsilin yerini tuta bilərmi06.03.2026 - 19:21
Sosial şəbəkələrin şagirdlərin təhsilinə təsiri necə qiymətləndirilir?06.03.2026 - 19:17
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub06.03.2026 - 19:15
“İmkanlar hər kəs üçün” layihəsinə start verilib06.03.2026 - 19:11
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində uşaq evi sakinlərinin iştirakı ilə səhnəcik nümayiş olunub06.03.2026 - 19:06
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub06.03.2026 - 19:02
ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur06.03.2026 - 18:59
Argentinada kəlağayı sənəti haqqında ustad dərsləri06.03.2026 - 18:57
Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb06.03.2026 - 18:55
Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində sərgi təşkil olunub06.03.2026 - 18:54
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”06.03.2026 - 18:54
Martın 7-də havanın temperaturu dəyişəcək06.03.2026 - 18:50
BMU-da AGTL nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub06.03.2026 - 18:47
Tələbə dörd gün yuxusuz oyun oynadıqdan sonra vəfat edib06.03.2026 - 18:44
İngiltərə məktəblərində allergiya qaydaları sərtləşdirilir06.03.2026 - 18:39
Mühəndis olmaq istəyən qadınlarla GÖRÜŞ06.03.2026 - 18:36
Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək 06.03.2026 - 18:31
“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir06.03.2026 - 18:26
Bayram və istirahət günlərinin havası açıqlandı06.03.2026 - 18:25
Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb06.03.2026 - 18:22
İndoneziyada yeniyetmələrə sosial media qadağası06.03.2026 - 18:18
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib06.03.2026 - 18:15
BMU-da gender bərabərliyi mövzusunda mütəxəssislə görüş keçirilib06.03.2026 - 18:14
Prezident Azərbaycan qadınlarını təbrik etdi06.03.2026 - 18:06
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə06.03.2026 - 17:56
Sağlam yuxunun müddəti müəyyən edildi06.03.2026 - 17:55
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub06.03.2026 - 17:48
“Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək06.03.2026 - 17:45
Bakı Dövlət Sirki təqdim edir: “Səmaya yüksələnlər” 06.03.2026 - 17:41
MEDİA: Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır06.03.2026 - 17:40
Azərbaycanda bəzi sahələr üzrə ilk dəfə klinik protokollar hazırlanıb06.03.2026 - 17:40
Xiaomi 17 il işləyən ağıllı lampa təqdim etdi06.03.2026 - 17:35
“Mədəniyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib06.03.2026 - 17:34
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib06.03.2026 - 17:30
Media subyektləri mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır06.03.2026 - 17:30
Qanimedin maqnit sahəsinin quruluşu ətraflı tədqiq olunub06.03.2026 - 17:28
Sosial xidmət müəssisəsinin sakinləri “Arşın mal alan” tamaşasını nümayiş etdiriblər06.03.2026 - 17:25
Məsnəvidə pedaqoji nəsihətlər06.03.2026 - 17:24
Ac qarına qəhvə içənlərin diqqətinə06.03.2026 - 17:23