Təhsil 365 - Logo Mobile

Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”

21106.03.2026 - 17:25
Mirsadiq Muxtarov: “Uşaqlıq travmaları insanın gələcək münasibətlərinə və özünəinamına təsir göstərə bilər”

Uşaqlıq travmaları uşağın dünyanı qəbul etməsinə, özünəinamına və gələcək münasibətlərinə dərin təsir göstərə bilər; emosional laqeydlik, ailədaxili gərginlik və valideyn itkisi kimi təcrübələr sonrakı həyatda emosional çətinliklərə, etibar problemlərinə və psixoloji pozuntulara gətirib çıxara bilər.

Mirsadiq Muxtarov “Tehsil365” saytına verdiyi açıqlamada bildirib ki, uşaqlıq travmaları yalnız fiziki zorakılıqla məhdudlaşmır:

“Uşaqlıq travmaları və onların insan həyatına təsiri olduqca geniş mövzudur. Uşaqlıq dövrü insan şəxsiyyətinin formalaşdığı ən həssas və vacib mərhələlərdən biridir. Bu dövrdə yaşanan hadisələr uşağın dünyanı necə qəbul etməsinə, özünə və ətrafdakı insanlara münasibətinə birbaşa təsir göstərir. Travma dedikdə yalnız fiziki zorakılıq deyil, eyni zamanda emosional laqeydlik, uşağa qarşı davamlı tənqidlər, ailədaxili gərginlik, valideynlər arasında konfliktlər, valideyn itkisi və sevgi çatışmazlığı kimi hallar da nəzərdə tutulur.”

Psixoloqun sözlərinə görə, bu kimi təcrübələr insanın gələcək psixoloji vəziyyətinə və münasibətlərinə təsir göstərə bilər:

“Belə şəxslərdə özünəinamın və özünüqiymətləndirmənin aşağı olması, insanlara güvənməkdə çətinlik və sosial münasibətlərdə problemlər müşahidə oluna bilər. Bəzi hallarda uşaqlıqda kifayət qədər sevgi və dəstək görməyən insanlar yetkinlik dövründə münasibətlərdə həddindən artıq ehtiyatlı davranır və ya daim təsdiq və diqqət axtarmağa meylli olurlar.”

Mütəxəssis qeyd edib ki, uzunmüddətli psixoloji gərginlik bəzi hallarda depressiya, təşviş pozuntuları və stressə qarşı dözümsüzlük kimi problemlərə səbəb ola bilər.

Bununla yanaşı, o vurğulayıb ki, uşaqlıq travmaları insanın gələcəyini mütləq şəkildə müəyyən etmir:

“İnsan psixikası adaptasiya xüsusiyyətinə malikdir. Vaxtında göstərilən psixoloji dəstək, sağlam sosial mühit və anlayışlı münasibətlər travmanın təsirini azaltmağa kömək edə bilər. Müasir psixologiyada tətbiq olunan psixoterapiya üsulları vasitəsilə insanlar yaşadıqları çətinliklərin öhdəsindən gələ və həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər.”

Ekspert həmçinin bildirib ki, uşaqların emosional ehtiyaclarını anlamaq, onları dinləmək və təhlükəsiz mühit yaratmaq psixoloji sağlam fərdlərin formalaşmasında mühüm rol oynayır.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Qadın hərbi kursantlarla görüş keçirilib12.10.2026 - 08:49
Sabah qısamüddətli yağış yağacaq12.10.2026 - 08:36
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”12.10.2026 - 08:30
NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib12.10.2026 - 08:08
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb12.10.2026 - 08:02
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb12.10.2026 - 07:56
Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib12.10.2026 - 07:51
Cəmilə Muradlı Avropa çempionu oldu12.10.2026 - 07:49
“Instagram”da problem yaranıb12.10.2026 - 07:05
Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15
Tanınmış müğənni vəfat etdi11.10.2026 - 18:47
Tanınmış aktyor vəfat etdİ11.10.2026 - 18:40
Musiqiçi intihar etdi11.10.2026 - 18:35
PUA hücumundan sonra Yandex fəaliyyətini dayandırıb11.10.2026 - 18:20
"Microsoft" şirkəti tərəfindən alınana bilən “ Green Card” ləğv olundu11.10.2026 - 17:54
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında ikitərəfli saziş imzalandı11.10.2026 - 17:49
Bakıda Azərbaycan və NATO əməkdaşlığı çərçivəsində təlim keçirilib11.10.2026 - 17:42
Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?11.10.2026 - 17:34
“Şəhidin səsi”nin növbəti buraxılışı Rəfail İşiyevin xatirəsinə həsr olunacaq11.10.2026 - 17:22
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi11.10.2026 - 17:17
“Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirildi11.10.2026 - 17:11
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi11.10.2026 - 17:00
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq11.10.2026 - 16:18
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42