Bakıdakı Fransa İnstitutunda Ukraynanın ən yeni tarixinə həsr olunmuş sərgi keçirilib.
“Tehsil365” "Report"a istinadla xəbər verir ki, tədbir Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunub və ukraynalı fotoqraf Aleksandr Qlyadelovun işlərini təqdim edir.
Sərginin açılışında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut və Ukraynanın səfiri Yuri Qusev çıxış ediblər.
Diplomatlar qeyd ediblər ki, eyni sərgi hazırda Fransada keçirilir.
"Sərgi həmçinin Fransada Ukrayna mədəniyyət mövsümü çərçivəsində Parisin mərkəzindəki əlamətdar ictimai məkanlardan birində nümayiş etdirilir", - S.Laqut vurğulayıb.
O əlavə edib ki, mədəniyyət tarixi hadisələrin sənədləşdirilməsi üçün unikal vasitə ola bilər.
Qeyd edək ki, ekspozisiya Ukraynanın ən yeni tarixini - 1991-ci ildə müstəqilliyin əldə olunmasından indiki dövrə qədər olan mərhələni əhatə edir.

