ADA Universitetinin tarixi 2006-cı il martın 6-dan başlayır və beləliklə, bu gün 20 yaşı tamam olur. Fəaliyyətinə diplomatik təhsillə başlayan ADA Universiteti İnformasiya Texnologiyaları və mühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq, Təhsil, son illərdə isə ölkəmiz üçün vacib olan bir sıra yeni istiqamətlər, o cümlədən Kənd təsərrüfatı və qida elmləri, Dizayn və memarlıq fakültələrini təsis edib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə rektor Hafiz Paşayev təhsil ocağının tarixindən söz açıb. O, universitetin tələbə və professorlarını elmi tədqiqatlarda daha fəal olmağa, xüsusilə də daha çox bədii ədəbiyyat oxumağa çağıraraq, mütaliənin akademik mühit üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

