“Uşaqlarda kitab oxuma vərdişinin formalaşması erkən yaşlardan başladıqda daha effektiv nəticə verir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında ibtidai sinif müəllimi,pedaqoq Validə Quliyeva bildirib.
Müəllim qeyd edib ki, kitab oxumaq uşaqların həm söz ehtiyatını artırır, həm də onların düşünmə və analiz qabiliyyətinin inkişafına kömək edir. Onun sözlərinə görə, mütəmadi oxu vərdişi şagirdlərin dərs prosesində də daha fəal olmasına şərait yaradır.
“Kitab oxuyan şagirdlər fikirlərini daha rahat ifadə edir və mövzuları daha tez mənimsəyirlər,” — deyə o vurğulayıb.
Validə Quliyeva bildirib ki, valideynlər də bu prosesdə mühüm rol oynayır.
“Valideynlər uşaqları kitab oxumağa həvəsləndirməli və onlara nümunə olmalıdır,” — deyə müəllim əlavə edib.

