Təhsil 365 - Logo Mobile

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)

7407.03.2026 - 08:50
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim oğlum qəhrəmandır!" layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.

“Tehsil365" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.

Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.

Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak etdiyi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və Azərbaycan xalqının daima onların yanında olduğunu bir daha hiss etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.

Zeynəb Quluyeva

Xəbər Lenti

"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04
ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43
16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası07.03.2026 - 08:30
Bayram və istirahət günlərinin hava proqnozu 07.03.2026 - 08:17
BMU-da qadınlara həsr olunan tədbir keçirilib07.03.2026 - 08:06
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb07.03.2026 - 07:55
Bu gün güclü maqnit qasırğası olacaq07.03.2026 - 07:45
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO07.03.2026 - 07:33
Qızlarının təhsili üçün 12 km yol gedən Əfqan ata...07.03.2026 - 07:23
11 dərəcə isti...- Günün havası 07.03.2026 - 07:12
"Yalnız nasistlər kitabları qadağan edir”: tələbələr ali təhsil uğrunda mübarizədə ön cəbhədə07.03.2026 - 07:00
Prorektor A-səviyyəsi olmayanlar üçün tələbə kreditlərinin yenidən nəzərdən keçirilməsinə çağırır07.03.2026 - 06:36
Vaqif Nəzirov-un vəfatından illər ötür07.03.2026 - 06:18
Hikmət Atayev-in vəfatından illər ötür07.03.2026 - 06:00
Nəsrulla İmanquliyev-in vəfatından illər ötür07.03.2026 - 05:42
Süleyman Vəliyev-in vəfatından illər ötür07.03.2026 - 05:18
Ruslan Abdullayev-in doğum günüdür07.03.2026 - 05:06
Yuri Omelçenko-nun doğum günüdür07.03.2026 - 04:54
Xuraman Hacıyeva-nın doğum günüdür07.03.2026 - 04:36
Salam Salamzadə-nin doğum günüdür07.03.2026 - 04:18
Əli bəy Hüseynzadə-nin doğum günüdür07.03.2026 - 04:00
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55