Təhsil 365 - Logo Mobile

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO

7307.03.2026 - 10:39
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində böyük uğura imza ataraq I yerə layiq görülüb və qızıl medal qazanıb.

Bu barədə “Tehsil365”ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, gimnaziyanın XI sinif şagirdləri Hüseyn Tahirov və Kənan Məmmədzadə müsabiqədə təqdim etdikləri “ReseptPlus” adlı innovativ layihə ilə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Layihənin elmi rəhbəri Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müəllimi Hüseyn İmanovdur.

Bildirilib ki, bu il müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Seçim mərhələsindən uğurla keçən 152 layihə (127 kollektiv, 25 fərdi) final mərhələsində iştirak edib. IX–XI sinif şagirdləri riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt daxil olmaqla 9 istiqamət üzrə layihələrini təqdim ediblər.

Qeyd edək ki, layihə müəlliflərindən Hüseyn Tahirov təhsil və olimpiada sahəsində qazandığı uğurlarla seçilir. O, 9-cu sinif üzrə ümumi orta təhsil haqqında attestat imtahanında 291 bal toplayaraq qırmızı attestata layiq görülüb.

Hüseyn Tahirov Dünya Robot Olimpiadasının Azərbaycan finalında “Robosports” kateqoriyası üzrə I yer qazanaraq Panama Respublikasında ölkəmizi təmsil edib. O, 10-cu sinifdə isə eyni kateqoriya üzrə yenidən I yerə layiq görülərək Türkiyədə keçirilən final mərhələsində Azərbaycanı təmsil edib. Həmin olimpiadada Azərbaycan 110 ölkə arasında 11-ci yeri tutub.

Şagird müxtəlif olimpiada və müsabiqələrdə də uğurlar əldə edib. Belə ki, o, Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə IV yer, gimnaziyaya qəbul imtahanında Muxtar Respublika üzrə II yer qazanıb. Bundan başqa, STEAM sahəsində keçirilən layihələrdə 6 dəfə qalib olub, “STEAM Azerbaijan 2022” festivalında isə nominasiya üzrə II yerə layiq görülüb.

Eyni zamanda Hüseyn Tahirov informatika üzrə Respublika Fənn Olimpiadasında Naxçıvan üzrə ilk dəfə final mərhələsinə yüksələn şagird kimi də tarixə düşüb.

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası qazandıqları bu böyük uğur münasibətilə təbrik olunur, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.


Aydan Ələkbərova

Xəbər Lenti

Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır07.03.2026 - 19:30
Müasir İncəsənət Muzeyində “5-ci ELEMENT” adlı sərgi açılıb07.03.2026 - 19:24
“Təhsil proqramları əmək bazarının tələblərinə uyğun gəlirmi?” – Ekspert açıqladı07.03.2026 - 19:18
200 illik irs: Qərbi azərbaycanlıların milli geyimləri Bakıda nümayiş olunur07.03.2026 - 19:12
İkiqat olimpiya çempionu Lyu dünya çempionatından çəkildi07.03.2026 - 19:08
​“Coca-Cola” qadın jurnalistləri təbrik edir07.03.2026 - 19:04
Meteohəssas insanların nəzərinə07.03.2026 - 18:56
Yollarla bağlı xəbərdarlıq edildi07.03.2026 - 18:50
​II Qadın Liderləri Zirvəsi yekunlaşıb07.03.2026 - 18:45
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək07.03.2026 - 18:38
Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək07.03.2026 - 18:34
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 18:28
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib07.03.2026 - 18:20
Alimlərdən maraqlı kəşf07.03.2026 - 18:14
Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək07.03.2026 - 18:08
16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI07.03.2026 - 18:02
Naxçıvanda təhsil müəssisələri üzrə işə qəbul imtahanı - 279 namizəd, 20 vakant07.03.2026 - 17:52
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına bayram hədiyyəsi07.03.2026 - 17:44
Abşeronda 8 Mart sevinci07.03.2026 - 17:38
YUĞ Teatrında "Birinci akt" tamaşasına daxili baxış keçirilib07.03.2026 - 17:18
"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04
ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43