Təhsil 365 - Logo Mobile

8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR

8907.03.2026 - 10:45
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “IDTech Academy” və Lütfizadə Texnologiya Mərkəzinin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş panel müzakirəsi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusuna həsr olunub. Panelin əsas məqsədi qadınların liderlik potensialını dəstəkləmək, gənc qızların texnologiya sahəsinə marağını artırmaq və bu istiqamətdə mövcud imkanları təqdim etmək olub.

Tədbirin açılışında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və Proqramların İdarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Baş katibi Fidan Əhmədova və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat idarəçiliyi və süni intellekt departamentinin müdir müavini Aysel Hüseynova çıxış edərək rəqəmsal transformasiya dövründə qadınların rolu, texnologiya sahəsində karyera imkanları və dövlət tərəfindən yaradılan dəstək barədə məlumat veriblər.

Panel müzakirəsində Prezident mükafatçısı və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, “IDschool”un rəhbəri və “DigiSmart” məhsul sahibı Günel Xosrovlu, “MegaSec” MMC-nin İcraçı direktoru və “SheRise – Qadınlara dəstək” sosial layihəsinin rəhbəri Ayan Etibar, həmçinin “İKTEX” məhsul sahibi və “IDTech Academy”də İT biznes analitik Zalxa Quluzadə spiker qismində çıxış ediblər.

Müzakirə “IDTech Academy”nin Layihələr və tədbirlər koordinatoru Aydan Tarverdiyevanın moderatorluğu ilə keçirilib. Spikerlər texnologiya sahəsində qadınların rolu, gənc qızlar üçün İT sahəsində mövcud perspektivlər, rəqəmsal məhsul sahibliyinin yaratdığı imkanlar və rəqəmsal liderliyin formalaşmasında vacib bacarıqlar barədə təcrübələrini iştirakçılarla bölüşüblər.

Panel çərçivəsində gənclərin texnoloji sahədə inkişaf imkanları, rəqəmsal bacarıqların formalaşdırılması və qadınların innovasiya ekosistemində daha fəal iştirakının əhəmiyyəti müzakirə edilib. Sonda keçirilən sual-cavab sessiyasında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərin texnologiya sahəsinə yönləndirilməsinə və onların peşəkar inkişafına mühüm töhfə verir.






Aydan Ələkbərova

Xəbər Lenti

"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04
ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43
16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası07.03.2026 - 08:30
Bayram və istirahət günlərinin hava proqnozu 07.03.2026 - 08:17
BMU-da qadınlara həsr olunan tədbir keçirilib07.03.2026 - 08:06
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb07.03.2026 - 07:55
Bu gün güclü maqnit qasırğası olacaq07.03.2026 - 07:45
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO07.03.2026 - 07:33
Qızlarının təhsili üçün 12 km yol gedən Əfqan ata...07.03.2026 - 07:23
11 dərəcə isti...- Günün havası 07.03.2026 - 07:12
"Yalnız nasistlər kitabları qadağan edir”: tələbələr ali təhsil uğrunda mübarizədə ön cəbhədə07.03.2026 - 07:00
Prorektor A-səviyyəsi olmayanlar üçün tələbə kreditlərinin yenidən nəzərdən keçirilməsinə çağırır07.03.2026 - 06:36
Vaqif Nəzirov-un vəfatından illər ötür07.03.2026 - 06:18
Hikmət Atayev-in vəfatından illər ötür07.03.2026 - 06:00
Nəsrulla İmanquliyev-in vəfatından illər ötür07.03.2026 - 05:42
Süleyman Vəliyev-in vəfatından illər ötür07.03.2026 - 05:18
Ruslan Abdullayev-in doğum günüdür07.03.2026 - 05:06
Yuri Omelçenko-nun doğum günüdür07.03.2026 - 04:54
Xuraman Hacıyeva-nın doğum günüdür07.03.2026 - 04:36
Salam Salamzadə-nin doğum günüdür07.03.2026 - 04:18
Əli bəy Hüseynzadə-nin doğum günüdür07.03.2026 - 04:00
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55