Təhsil 365 - Logo Mobile

ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO

8907.03.2026 - 10:56
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə 4 mart tarixində “Dayanıqlı İnkişaf Məqsədləri və Gender” çərçivəsində “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbir həmçinin 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə əlaqədar təşkil olunub və Azərbaycan memarlığında qadınların rolunun, onların peşəkar fəaliyyətinin, eləcə də şəhər mühitinin formalaşmasına verdikləri töhfələrin müzakirəsinə həsr edilib.

Bu barədə “Tehsil365”ə ADU-dan məlumat verilib. Bildirilib ki, dəyirmi masa Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyevanın giriş nitqi ilə açılıb. O, müasir urbanizasiya prosesləri fonunda memarlıq və şəhərsalmanın cəmiyyətin sosial-mədəni inkişafında mühüm rol oynadığını vurğulayıb, xüsusilə memarlıq sahəsində fəaliyyət göstərən qadın mütəxəssislərin bu proseslərdə artan iştirakının əhəmiyyətindən danışıb. Əliyeva qeyd edib ki, memarlıq yalnız texniki və estetik fəaliyyət sahəsi deyil, həm də sosial mühitin və ictimai münasibətlərin formalaşmasına təsir göstərən mühüm yaradıcı sahələrdən biridir.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Mühit dizaynı” kafedrasının müdiri, professor, əməkdar memar Hacıyeva Yeganə Ərşad qızı “Şəhər mühitində qadın” mövzusunda məruzə ilə çıxış edib. O, müasir şəhər mühitinin formalaşdırılmasında gender aspektlərinin rolunu, şəhər məkanlarının planlaşdırılması və dizaynında qadın baxışının əhəmiyyətini elmi və praktik nümunələr əsasında izah edib. Məruzədə qadın memarların şəhər mühitini daha humanist, funksional və estetik baxımdan zənginləşdirmədəki rolu xüsusi vurğulanıb.

Daha sonra AzMİU-nun “Mühit dizaynı” kafedrasının dosenti, Bakı Memarlar Assosiasiyasının professoru Ağayeva Nərgiz Əli qızı “Güzəşt sevməz bir ilahi sənət” mövzusunda məruzə ilə çıxış edib. Natiq memarlığın yüksək məsuliyyət və peşəkar yanaşma tələb edən yaradıcı sahə olduğunu, həm estetik, həm funksional, həm də sosial aspektlərinin harmoniyasının vacibliyini diqqətə çatdırıb. O, memarlığın cəmiyyətin mədəni kimliyinin formalaşmasında və tarixi irsin qorunmasında oynadığı rolu xüsusi vurğulayıb.

Tədbir çərçivəsində AzMİU-nun “Mühit dizaynı” kafedrasının baş müəllimi Qədirli Cəmalə Orxan qızı “Mənim sənət yolum” adlı məruzə ilə çıxış edib. Çıxışda müəllif şəxsi yaradıcılıq təcrübəsi, memarlıq və dizayn sahəsində qazandığı peşəkar nailiyyətlər və gənc memarların formalaşması prosesində qarşılaşdıqları çətinliklər və imkanlar barədə ətraflı məlumat verib.

Dəyirmi masa iştirakçıların fəal müzakirələri ilə davam edib. Tədbirdə memarlıq sahəsində qadınların elmi və yaradıcı fəaliyyətinin inkişaf perspektivləri, memarlıq təhsilinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbir memarlıq və şəhərsalma sahəsində gender balansının və qadın mütəxəssislərin rolunun daha geniş şəkildə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.






Aydan Ələkbərova

Xəbər Lenti

ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43
16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası07.03.2026 - 08:30
Bayram və istirahət günlərinin hava proqnozu 07.03.2026 - 08:17
BMU-da qadınlara həsr olunan tədbir keçirilib07.03.2026 - 08:06
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb07.03.2026 - 07:55
Bu gün güclü maqnit qasırğası olacaq07.03.2026 - 07:45
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO07.03.2026 - 07:33
Qızlarının təhsili üçün 12 km yol gedən Əfqan ata...07.03.2026 - 07:23
11 dərəcə isti...- Günün havası 07.03.2026 - 07:12
"Yalnız nasistlər kitabları qadağan edir”: tələbələr ali təhsil uğrunda mübarizədə ön cəbhədə07.03.2026 - 07:00
Prorektor A-səviyyəsi olmayanlar üçün tələbə kreditlərinin yenidən nəzərdən keçirilməsinə çağırır07.03.2026 - 06:36
Vaqif Nəzirov-un vəfatından illər ötür07.03.2026 - 06:18
Hikmət Atayev-in vəfatından illər ötür07.03.2026 - 06:00
Nəsrulla İmanquliyev-in vəfatından illər ötür07.03.2026 - 05:42
Süleyman Vəliyev-in vəfatından illər ötür07.03.2026 - 05:18
Ruslan Abdullayev-in doğum günüdür07.03.2026 - 05:06
Yuri Omelçenko-nun doğum günüdür07.03.2026 - 04:54
Xuraman Hacıyeva-nın doğum günüdür07.03.2026 - 04:36
Salam Salamzadə-nin doğum günüdür07.03.2026 - 04:18
Əli bəy Hüseynzadə-nin doğum günüdür07.03.2026 - 04:00
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52