Təhsil 365 - Logo Mobile

ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

7107.03.2026 - 11:11
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

5 mart 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) akt zalında böyük alim və pedaqoq, professor İsmixan Rəhimovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası, İngilis-Fransız dilləri kafedrası, İngilis dilinin qrammatikası kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşəbbüsü ilə baş tutub.

Bu barədə “Tehsil365”ə ADU-dan məlumat verilib. Bildirilib ki, tədbirin məqsədi görkəmli elm xadiminin elmi-pedaqoji fəaliyyətini, Azərbaycan elmi və təhsilinə verdiyi töhfələri bir daha xatırlamaq və onun zəngin irsini gənc nəslə çatdırmaq olub.

Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Kamal Abdullayev açaraq İsmixan Rəhimovun Azərbaycan elmi və maarifçilik tarixində tutduğu mühüm mövqedən danışıb. O, alimin yalnız elmi fəaliyyəti ilə deyil, həm də yetişdirdiyi tələbələr və davamçıları ilə milli elmin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Rəsmi hissədən sonra İsmixan Rəhimovun həyat və fəaliyyətinə həsr olunmuş “İldırımlı yolun yolçuları” adlı sənədli filmdən 12 dəqiqəlik fraqment nümayiş etdirilib. Filmin ssenari müəllifi və rejissoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Film alimin həyat yolunu, elmi yaradıcılığını və onun haqqında xatirələri əks etdirən maraqlı materiallarla yadda qalıb.

Tədbirdə tanınmış alim və müəllimlər çıxış edərək İsmixan Rəhimovun elmi irsi haqqında fikirlərini bölüşüblər. Professor Qılıncxan Bayramov alimin pedaqoji fəaliyyətindən və tələbələri ilə qurduğu səmimi münasibətlərdən danışıb. Dosent Fiala Abdullayeva və baş müəllim Yusif Savalan çıxışlarında alimin elmi yaradıcılığının və tədqiqat istiqamətlərinin müasir dövrdə də aktuallığını vurğulayıblar. Professor Şəhla Nağıyeva isə İsmixan Rəhimovun elmi məktəbinin formalaşmasında oynadığı rolu geniş şəkildə təqdim edib.

Sənədli filmin ssenari müəllifi və rejissoru Müsəllim Həsənov da çıxış edərək filmin hazırlanma prosesi və istifadə olunan arxiv materialları barədə məlumat verib.

Proqram çərçivəsində tələbələrin və gənc tədqiqatçıların çıxışları da dinlənilib. Fatimə Məmmədova alimin doğum və ilk illəri, Leyla Nəzərli onun pioner dövrü və formalaşma mərhələsi, Fəzilə Saniyeva İsmixan Rəhimovun yaradıcılığı, Aysun Lətifova isə alimin aldığı təltif və mükafatlar haqqında məlumat veriblər.

Tədbirin bədii hissəsində Elyanora Babayeva şeir səsləndirib, tələbələr Aytac Qaziyeva və Zərifə Rəhimova isə alimin həyat və fəaliyyətinə dair təqdimatlar ediblər.

Sonda vurğulanıb ki, İsmixan Rəhimovun zəngin elmi irsi Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edir və onun fəaliyyəti gələcək nəsillər üçün dəyərli nümunə olaraq qalır. Tədbir alimin xatirəsinin ehtiramla yad edilməsi və elmi irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.












Aydan Ələkbərova

Xəbər Lenti

ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43
16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası07.03.2026 - 08:30
Bayram və istirahət günlərinin hava proqnozu 07.03.2026 - 08:17
BMU-da qadınlara həsr olunan tədbir keçirilib07.03.2026 - 08:06
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb07.03.2026 - 07:55
Bu gün güclü maqnit qasırğası olacaq07.03.2026 - 07:45
Müəllimlər dron hücumu zamanı yaşanan dəhşətli anlardan söz açdılar - VİDEO07.03.2026 - 07:33
Qızlarının təhsili üçün 12 km yol gedən Əfqan ata...07.03.2026 - 07:23
11 dərəcə isti...- Günün havası 07.03.2026 - 07:12
"Yalnız nasistlər kitabları qadağan edir”: tələbələr ali təhsil uğrunda mübarizədə ön cəbhədə07.03.2026 - 07:00
Prorektor A-səviyyəsi olmayanlar üçün tələbə kreditlərinin yenidən nəzərdən keçirilməsinə çağırır07.03.2026 - 06:36
Vaqif Nəzirov-un vəfatından illər ötür07.03.2026 - 06:18
Hikmət Atayev-in vəfatından illər ötür07.03.2026 - 06:00
Nəsrulla İmanquliyev-in vəfatından illər ötür07.03.2026 - 05:42
Süleyman Vəliyev-in vəfatından illər ötür07.03.2026 - 05:18
Ruslan Abdullayev-in doğum günüdür07.03.2026 - 05:06
Yuri Omelçenko-nun doğum günüdür07.03.2026 - 04:54
Xuraman Hacıyeva-nın doğum günüdür07.03.2026 - 04:36
Salam Salamzadə-nin doğum günüdür07.03.2026 - 04:18
Əli bəy Hüseynzadə-nin doğum günüdür07.03.2026 - 04:00
“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu06.03.2026 - 19:55
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 19:52