Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin 143a qrupunun tələbələri İngilis dilinin üslubiyyatı kafedrasının dosenti İradə Səmədovanın rəhbərliyi ilə Bakı şəhəri, Səbail rayonu 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər.
Bu barədə “Tehsil365”ə ADU-dan məlumat verilib. Bildirilib ki, tədbir Novruz bayramına həsr olunub və şagirdlərə yazın rəmzlərini, həmçinin milli bayram ənənələrini daha yaxından tanıtmaq məqsədini daşıyıb.
Dərs zamanı 2R/4 sinfinin şagirdləri müxtəlif tapmacaları həll edib, bayram ruhunu əks etdirən mahnılar ifa ediblər. Tədbirin kulminasiya nöqtəsi isə şagirdlərin birlikdə hazırladıqları “yaz ağacı” kompozisiyası olub.
Açıq dərs səmimi və dostyana mühitdə keçib, iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

