Təhsil 365 - Logo Mobile

ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO

8207.03.2026 - 12:49
ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO

Martın 5-də Azərbaycan Dillər Universitetində (ADU) İngilis və Fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin tədrisi metodikası kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantı Rövşən İsmayılov tərəfindən “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması: Azərbaycanın təcrübəsi (The Formation of Students’ Formal and Public Speaking Skills: The Experience of Azerbaijan)” mövzusunda seminar təşkil edilib.

Bu barədə “Tehsil365”ə ADU-dan məlumat verilib. Bildirilib ki, seminarda metodikayönümlü ixtisaslarda təhsil alan bakalavr və magistr tələbələri, doktorantlar, eləcə də ADU-nun pedaqoji heyəti iştirak edib.

Seminarın əsas məqsədi tələbələrin natiqlik bacarıqlarının əhəmiyyətini izah etmək, “tələbə səsi” (student voice) və “tələbə təşəbbüskarlığı” (student agency) anlayışlarının natiqliklə əlaqəsini göstərmək, həmçinin tələbələrin bu sahədə inkişafına təsir edən amilləri müəyyənləşdirmək olub. Tədbirdə xüsusilə tələbələrin özünə inamının, dil və ünsiyyət bacarıqlarının, eləcə də təlim prosesində fəal iştirakının inkişafında natiqliyin rolu vurğulanıb.

Seminarda qeyd olunub ki, natiqlik bacarıqları yalnız kommunikativ bacarıq deyil, eyni zamanda tələbələrin fikirlərini ifadə etməsi, özünə inam qazanması və təhsil prosesində daha fəal iştirak etməsi üçün mühüm vasitədir. Müasir təhsil sistemində isə XXI əsr bacarıqları – tənqidi təfəkkür, yaradıcılıq, qrup işi, rəqəmsal savadlılıq, liderlik və digər bacarıqlar – tələbələrin akademik və peşəkar həyatında uğur qazanması baxımından xüsusi əhəmiyyət daşıyır. Xarici tədqiqatlar göstərir ki, natiqlik bu bacarıqlar sırasında mühüm yer tutur və bir çox universitetlərdə rəsmi şəkildə tədris olunur.

Seminarda tələbələrin ictimai nitq bacarıqlarının inkişafına təsir edən maneələr (barriers) və təşviqedici amillər (enablers) də müzakirə olunub. Natiqliyin inkişaf etdirilməsi məqsədilə bir sıra praktik tövsiyələr irəli sürülüb. Bunlara xarici dil dərslərində natiqlik və çıxış mövzularının inteqrasiyası, ümumtəhsil və ali təhsil müəssisələrində innovativ layihələrin, debat klublarının, müsabiqələrin və forumların təşkili, tələbələrin bu fəaliyyətlərdə fəal iştirakının təşviqi, eləcə də müəllimlər üçün davamlı peşəkar inkişaf proqramlarının təşkil edilməsi daxildir.

Seminarın sonunda iştirakçılar faydalı məlumat və praktik tövsiyələrə görə doktoranta təşəkkürlərini bildiriblər. Tədbir çərçivəsində iştirakçılar mövzu ilə bağlı suallar səsləndirib, fikir mübadiləsi aparıblar və doktorant sualları cavablandırıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır07.03.2026 - 19:30
Müasir İncəsənət Muzeyində “5-ci ELEMENT” adlı sərgi açılıb07.03.2026 - 19:24
“Təhsil proqramları əmək bazarının tələblərinə uyğun gəlirmi?” – Ekspert açıqladı07.03.2026 - 19:18
200 illik irs: Qərbi azərbaycanlıların milli geyimləri Bakıda nümayiş olunur07.03.2026 - 19:12
İkiqat olimpiya çempionu Lyu dünya çempionatından çəkildi07.03.2026 - 19:08
​“Coca-Cola” qadın jurnalistləri təbrik edir07.03.2026 - 19:04
Meteohəssas insanların nəzərinə07.03.2026 - 18:56
Yollarla bağlı xəbərdarlıq edildi07.03.2026 - 18:50
​II Qadın Liderləri Zirvəsi yekunlaşıb07.03.2026 - 18:45
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək07.03.2026 - 18:38
Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək07.03.2026 - 18:34
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 18:28
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib07.03.2026 - 18:20
Alimlərdən maraqlı kəşf07.03.2026 - 18:14
Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək07.03.2026 - 18:08
16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI07.03.2026 - 18:02
Naxçıvanda təhsil müəssisələri üzrə işə qəbul imtahanı - 279 namizəd, 20 vakant07.03.2026 - 17:52
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına bayram hədiyyəsi07.03.2026 - 17:44
Abşeronda 8 Mart sevinci07.03.2026 - 17:38
YUĞ Teatrında "Birinci akt" tamaşasına daxili baxış keçirilib07.03.2026 - 17:18
"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32
ADU tələbələri 132–134 nömrəli liseydə “Yazın çiçəkləri” adlı açıq dərs keçiriblər07.03.2026 - 11:21
ADU-da professor İsmixan Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR07.03.2026 - 11:11
ADU-da “Azərbaycanda memar qadınlar” mövzusunda dəyirmi masa keçirilib - FOTO07.03.2026 - 10:56
8 Mart münasibətilə “Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR07.03.2026 - 10:45
NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yer qazandı - FOTO07.03.2026 - 10:39
Sabah Bakıya qar yağacaq07.03.2026 - 10:30
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib - FOTOLAR07.03.2026 - 10:20
18 uşaq cəzaçəkmə müəssisəsində anaları ilə görüşüb - FOTOLAR07.03.2026 - 10:10
"Oxu vərdişinin formalaşması erkən yaşdan başlamalıdır" - Validə Quliyeva 07.03.2026 - 09:55
"Nar" 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi07.03.2026 - 09:50
Ürək və qan damarları üçün təhlükəli qidalar07.03.2026 - 09:43
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?07.03.2026 - 09:38
Soyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar07.03.2026 - 09:33
Rektorlardan 8 Mart sürprizi: Qadın Əməkdaşlara bu qədər pul veriləcək07.03.2026 - 09:28
Mandarin qabığının sağlamlığa 5 möcüzəvi faydası07.03.2026 - 09:20
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR07.03.2026 - 09:13
"İşıqda yatmaq infarkta səbəb olur"07.03.2026 - 09:07
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə07.03.2026 - 09:00
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)07.03.2026 - 08:50
Beyni gəncləşdirən vasitələr07.03.2026 - 08:43