Bakı Müasir İncəsənət Muzeyində müxtəlif nəsilləri təmsil edən qadın rəssamların iştirakı ilə “5-ci ELEMENT” adlı sərgi açılıb
“Tehsil365" xəbər verir ki, layihə rəngkarlıq, heykəltaraşlıq, tekstil, rəqəmsal incəsənət, fotoqrafiya və instalyasiya praktikalarını bir araya gətirib.
Tədbirdə çıxış edən Əməkdar rəssam İnna Kostina sərgi barədə məlumat verib. O qeyd edib ki, sərgi torpaq, su, hava və od kimi ayrılıqda mövcud olan ünsürləri hərəkətə gətirən, onları canlı və mənalı bütövlüyə çevirən 5-ci element ideyasına həsr olunub.
“Azərbaycan mədəni kontekstində bu ideya yazın gəlişini və təbiətin yenilənməsini simvolizə edən Novruz bayramı ilə səsləşir. Layihənin konsepsiyasında 5-ci element qadın təcrübəsi üzərindən ifadə edilir. Ekspozisiyada videoart elementlərini özündə birləşdirən məkan instalyasiyası xüsusi yer tutub”, - deyə İ.Kostina əlavə edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar

