Təhsil 365 - Logo Mobile

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

10108.03.2026 - 05:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

“Tehsil365" xəbər verir ki, qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Dövlət başçısının təbrikində qeyd ediblib ki, Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərib:

"Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Ölkəmizdə tarixən qadının cəmiyyət həyatında fəal iştirakına həmişə rəğbət və hörmətlə yanaşılmışdır. Azərbaycan qadınlarının bir çox qabaqcıl dünya ölkələri qadınlarından daha əvvəl seçib-seçilmək hüququ əldə etmələri bu mütərəqqi münasibətin ifadəsidir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqdadırlar. Maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.

Əminəm ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, ictimai-mənəvi mühitimizə yeni töhfələr bəxş edəcəklər".

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur

Aydan Ələkbərova

Xəbər Lenti

Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək09.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 09.03.2026 - 05:23
Bu gün 58 mindən çox şagird imtahan VERƏCƏK09.03.2026 - 05:12
Xərçəng riskini azaldır08.03.2026 - 14:45
Sabiq direktor vəfat etdi08.03.2026 - 14:15
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir08.03.2026 - 10:35
Sabah hava necə olacaq? 08.03.2026 - 08:42
Yeniyetmələr arasında Avropa Kubokuna start verilib08.03.2026 - 08:25
Alyona Əliyevadan 8 Mart paylaşımı - FOTO08.03.2026 - 07:35
2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq08.03.2026 - 06:50
“Qız məktəbini İran vurub”08.03.2026 - 06:30
Emin Əmrullayev 8 martla bağlı paylaşım edib - FOTO08.03.2026 - 06:04
Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır08.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 08.03.2026 - 05:29
Mehriban Əliyevadan 8 Martla bağlı PAYLAŞIM - FOTO08.03.2026 - 05:20
İstirahət günü intensiv qar yağacaq07.03.2026 - 19:56
Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib07.03.2026 - 19:50
Po şəhərində keçirilən Novruz şənliyində Azərbaycanın milli adət-ənənələri təqdim olunub07.03.2026 - 19:42
Naxçıvanda 6159 nəfər qadın aktiv fiziki şəxs kimi fəaliyyət göstərir07.03.2026 - 19:35
Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır07.03.2026 - 19:30
Müasir İncəsənət Muzeyində “5-ci ELEMENT” adlı sərgi açılıb07.03.2026 - 19:24
“Təhsil proqramları əmək bazarının tələblərinə uyğun gəlirmi?” – Ekspert açıqladı07.03.2026 - 19:18
200 illik irs: Qərbi azərbaycanlıların milli geyimləri Bakıda nümayiş olunur07.03.2026 - 19:12
İkiqat olimpiya çempionu Lyu dünya çempionatından çəkildi07.03.2026 - 19:08
​“Coca-Cola” qadın jurnalistləri təbrik edir07.03.2026 - 19:04
Meteohəssas insanların nəzərinə07.03.2026 - 18:56
Yollarla bağlı xəbərdarlıq edildi07.03.2026 - 18:50
​II Qadın Liderləri Zirvəsi yekunlaşıb07.03.2026 - 18:45
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək07.03.2026 - 18:38
Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək07.03.2026 - 18:34
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 18:28
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib07.03.2026 - 18:20
Alimlərdən maraqlı kəşf07.03.2026 - 18:14
Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək07.03.2026 - 18:08
16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI07.03.2026 - 18:02
Naxçıvanda təhsil müəssisələri üzrə işə qəbul imtahanı - 279 namizəd, 20 vakant07.03.2026 - 17:52
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına bayram hədiyyəsi07.03.2026 - 17:44
Abşeronda 8 Mart sevinci07.03.2026 - 17:38
YUĞ Teatrında "Birinci akt" tamaşasına daxili baxış keçirilib07.03.2026 - 17:18
"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04
ADU-da “Tələbələrin natiqlik bacarıqlarının formalaşdırılması” mövzusunda seminar keçirilib - FOTO07.03.2026 - 12:49
Yutubda da mesajlaşma olacaq07.03.2026 - 12:35
“Arşın mal alan”ın Asyası Xuraman Hacıyevanın 81-ci ildönümü tamam olur07.03.2026 - 12:22
Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisi açılacaq07.03.2026 - 12:10
İstiqlal Muzeyində yeni tədqiqat əsəri ilə tanışlıq - FOTOLAR07.03.2026 - 11:57
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib - FOTO07.03.2026 - 11:44
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 11:32