1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub.
“Tehsil365” xəbər verir ki bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynayıb. Həmin tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd olunur. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.
“Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı ikinci komediyasıdır.
Sabirabad şəhər N. Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 8j sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Allahverdiyevanın rəhbərliyi ilə komediyadan bir parçanı səhnələşdiriblər.

