Təhsil 365 - Logo Mobile

Bu meyvələr qorxunc xəstəliklərə səbəb olur

8210.03.2026 - 08:00
Bu meyvələr qorxunc xəstəliklərə səbəb olur

Almanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. "PAN Europe" təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə - "pestisid kokteyli" gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir.Azərbaycan bazarı üçün bu, olduqca ciddi siqnaldır.Çünki ölkəmiz həm yerli istehsalı dəstəkləyir, həm də xüsusilə qış və bahar aylarında xaricdən böyük həcmdə alma idxal edir.Hesabatın ən sarsıdıçı hissəsi uşaq qidaları ilə bağlıdır. Əgər bu almalardan püre və ya şirə hazırlansaydı, onların çoxu qanunsuz elan edilərdi.Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.Avropa ölkələrindən gələn parlaq, uzun müddət xarab olmayan almalar çox vaxt ildə 30 dəfəyə qədər kimyəvi işlənməyə məruz qalır.

“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, xaricdən gətirilən digər meyvələr kimi parlaq formada olan almalarda kimyəvi birləşmə qalıqları daha çoxdur:

"Bu almalarda pesdisid riski çox yüksəkdir. Çünki onların yetişdirilməsi zamanı zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün müxtəlif pesdisidlərdən istifadə olunur. Həmin pesdisidlər becərmə dövründə müəyyən miqdarda meyvələrin tərkibinə keçir. Təbii ki, belə meyvələri qəbul edən insanların da orqanizmində pesdisidlərin miqdarı yüksək olur.

Bəzi meyvələrin üzərində parafin və mum örtüyü olur.

Bu örtük meyvələri daha uzunömürlü edir. Daşınma və saxlanma zamanı meyvənin parlaqlığını saxlayır. Nəzərə alaq ki, meyvəni uzun müddət saxlamaq üçün onu kal olanda dərirlər və tez yetişməməsi üçün mum, parafin örtüyündən istifadə edilir. Bu örtük həm də meyvənin tez yetişməsini sürətləndirən etilen qazının miqdarını azaldır. Nəticədə yetişmə prosesi uzanır".

Müsahibimiz hesab edir ki, istifadə olunan bu kimyəvi qatqılar insan sağlamlığına ciddi zərər verir:

"Bu cür meyvələr sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə də, 20-25 yaş arasındakı insanlarda fizioloji inkişafa neqativ təsir edir. Hormonal pozğunluğa səbəb olur. Parlaq meyvələrdən davamlı istifadə hüceyrələri zədələyir. Bu da xərçəng riskini artırır. Kimyəvi maddələrə yoluxmuş meyvələr allergiyaya, mədə ağrılarına və bağırsaqların funksiyasının pozulmasına səbəb olur".

Məhsəti Hüseynova bu cür xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bəzi məsələlərə diqqət edilməsini vacib sayır:

"İlk növbədə yerli və mövsümi meyvələrdən istifadə olunmaldır. Parlaq meyvələri sürtərək, ən azı 30-60 saniyə ilıq suda yumaq lazımdır. Eyni zamanda meyvələrin qabığını soyaraq yemək ən effektiv vasitələrdən biridir. Çünki pesdisidlərin çox hissəsi qabıqda qalır".

Zeynəb Quluyeva

Xəbər Lenti

"Valideyn dəstəyi şagirdlərin motivasiyasını artırır" - Validə Quliyeva 10.03.2026 - 09:54
Nevroloq: “Uşaqlarda diqqət və yaddaş problemlərinə vaxtında diqqət yetirmək vacibdir”10.03.2026 - 09:44
Qaçmağın sağlamlığa faydaları – mütəxəssislər nə deyir? 10.03.2026 - 09:39
Sumqayıt məktəblisi turnurin qalibi oldu10.03.2026 - 09:30
Sağlam yuxu üçün 7 qızıl qayda10.03.2026 - 09:25
D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar10.03.2026 - 09:15
İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb10.03.2026 - 09:07
Psixi sağlamlığınızı qorumağın 4 qızıl qaydası10.03.2026 - 09:00
Qəhvənin ziyanı...10.03.2026 - 08:54
ABŞ universitetində qalmaqal: rektor istefa verdi10.03.2026 - 08:47
Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil10.03.2026 - 08:40
Ürəyin 1 nömrəli dərmanı bu meyvədir10.03.2026 - 08:34
Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq 10.03.2026 - 08:25
"Google Translate"də yeni funksiya tətbiq ediləcək10.03.2026 - 08:16
Qrip və ya COVID-dən sonra zəiflik niyə keçmir? - təhlükə əlamətləri10.03.2026 - 08:08
Beyni gəncləşdirən vasitələr10.03.2026 - 07:51
Bitkilərin enerji sistemi ilə bağlı yeni kəşf10.03.2026 - 07:42
DİM tərəfindən imtahan keçirilib10.03.2026 - 07:35
Buraxılış imtahanının doğru cavabları açıqlandı10.03.2026 - 07:27
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik10.03.2026 - 07:20
Günün havası...10.03.2026 - 07:12
Bu gün Yel çərşənbəsidir10.03.2026 - 07:06
Nəsibə Zeynalova: Azərbaycan Teatr və Kino Sənətinin Parlaq Ulduzu10.03.2026 - 07:00
Nadir Qasımov: Azərbaycan Rəssamlığının Parlaq Ulduzu10.03.2026 - 06:36
İmam Mustafayev: Azərbaycan İctimai-Siyasi Həyatının və Elminin Görkəmli Xadimi10.03.2026 - 06:18
Çimnaz Aslanova: Azərbaycan Dövlətçiliyi və İctimai Həyatının Görkəmli Xadimi10.03.2026 - 06:00
Mehdi Hüseynov: Azərbaycan Ədəbiyyatının Görkəmli Yazıçısı və Tənqidçisi10.03.2026 - 05:42
Novruzəli Məmmədov: Azərbaycan Filologiyasının Görkəmli Alimi və Pedaqoqu10.03.2026 - 05:18
Mirzə Fətəli Axundov: Azərbaycan Dramaturgiyası və Maarifçiliyinin Banisi10.03.2026 - 05:06
Rzayev Rail Qurban oğlu: Azərbaycanın Hərbi Sənayesində Parlaq Komandan10.03.2026 - 04:54
Canəli Əkbərov: Azərbaycan Musiqisinin Unudulmaz Səsi10.03.2026 - 04:36
Qəmər Almaszadə: Azərbaycanın İlk Balerinası və Balet Sənətinin Parlaq Siması10.03.2026 - 04:18
Mustafa Mərdanov: Azərbaycan Teatr və Kino Sənətinin İşıqlı Ulduzu10.03.2026 - 04:00
Bu gün Yel çərşənbəsidir09.03.2026 - 20:01
İmtahana nəticələri bu tarixdə açıqlanacaq09.03.2026 - 10:45
9 nəfər imtahandan xaric edilib 09.03.2026 - 10:35
58 mindən çox şagird imtahan verdi09.03.2026 - 10:25
Sabah yağış yağacaq09.03.2026 - 08:20
Ötən gün yer kürəsində maqnit fırtınası olub09.03.2026 - 07:15
Leyla Əliyeva "Mənzərəyə açılan ev" sərgisində iştirak edib09.03.2026 - 07:00
Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək09.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 09.03.2026 - 05:23
Bu gün 58 mindən çox şagird imtahan VERƏCƏK09.03.2026 - 05:12
Xərçəng riskini azaldır08.03.2026 - 14:45
Sabiq direktor vəfat etdi08.03.2026 - 14:15
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir08.03.2026 - 10:35
Sabah hava necə olacaq? 08.03.2026 - 08:42