Süni intellekt iş həyatının gələcəyini böyük sürətlə yenidən formalaşdırır. Bu vəziyyət bir çox iş sahibini texnologiyanı şüurlu şəkildə öz işlərinə qatmaq məsələsində çətin seçim qarşısında qoyur.
“Tehsil365” xəbər verir ki, EY-nin (Ernst & Young) Qlobal İdarəedici Ortağı Jad Shimaly Barselonada keçirilən Mobil Dünya Konqresində (MWC) verdiyi müsahibədə bildirib ki, süni intellektlə böyümək istəyən şirkətlər üçün təhsil, tənzimləmə və işçi əməkdaşlığı kritik əhəmiyyət kəsb edir.
Shimaly-nin sözlərinə görə, CEO-lar bu keçid dövrünü çeviklik, məsuliyyət və əməkdaşlığa əsaslanan yanaşma ilə idarə etməlidirlər:
"İşçi qüvvəsinin süni intellekti mənimsəməyə hazır olması lazımdır. Təhsil - işçilərin Aİ-nin gətirdiyi üstünlüklərdən yararlana biləcək donanıma sahib olmasını təmin etmək deməkdir."
EY 2025-ci ildə süni intellekt dəstəkli avtomatlaşdırma sistemi olan Boomi ilə əməkdaşlıq edərək bu sahədə qabaqcıl rol üstlənib. Shimaly vurğulayır ki, şirkətlər süni intellekt layihələrini təkbaşına yürüdə bilməyəcəklərini dərk etməli və tərəfdaşlıq ekosistemləri qurmalıdırlar.
Süni intellektin tətbiqi zamanı CEO-ların qarşılaşdığı ən böyük maneə texnologiya ilə insan işçilər arasında yarana biləcək gərginlikdir.
İşçilər mövcud rollarına əlavə olunan Sİ məsuliyyətlərini idarə etməkdə çətinlik çəkirlər.
EY məlumatlarına görə, təşkilatlar düzgün idarəetmə olmadıqda Sİ-nin təmin edə biləcəyi səmərəliliyin 40%-ni əldən verirlər.
Shimaly həll yolunun işçiləri həllin bir parçası etməkdə olduğunu deyir:
"İşçilərə sadəcə bir texnologiya təqdim etmək kifayət deyil. Onlar həllin bir hissəsi olduqda, dəyişikliyi daha asan mənimsəyir və daha yaradıcı işlər ortaya qoyurlar. Süni intellektlə dəstəklənən sahələrdə yaradıcılığın üç qat artdığını görürük."
İş dünyası üçün digər böyük çətinlik etik məsələlərdir. Shimaly-yə görə, məsuliyyətli süni intellekt üç addımdan ibarətdir:
Standartların müəyyənləşdirilməsi: Etik normaların və hesab verebilirlik çərçivəsinin təyin olunması.
Mənimsəmə: Bu standartların bütün qurum daxilində necə tətbiq olunacağının aydın izahı.
Daimi audit: Sİ tətbiqlərinin güncliyini və etikliyini yoxlamaq üçün fasiləsiz nəzarət.
Shimaly qeyd edir ki, düzgün idarəetmə çərçivəsi olmayan şirkətlər "iki addım irəli gedib, üç addım geri düşə bilərlər". Çünki süni intellekti düzgün idarə etməsəniz, o, gec-tez sizi mənfi mənada təəccübləndirəcək.

