Füzuli rayonunun Qarğabazar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Karvansaranın və yerli əhəmiyyətli memarlıq abidəsi olan Məscidin bərpası və ətrafının abadlaşdırılması istiqamətində tədbirlər görülür.
“Tehsil365“ APA-ya istinadən xəbər verir ki,bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, sözügedən tarixi abidələrin bərpa və ətrafının abadlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanacaqdır. Artıq hər iki abidənin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma proseduruna başlanılıb.

