Təhsil 365 - Logo Mobile

“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib

8110.03.2026 - 16:10
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib

Martın 10-da Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib.

Tehsil365” xəbər verir ki, tədbir Dövlət Proqramının təqdim etdiyi imkanlar, proqrama müraciət qaydaları və seçim meyarları barədə gənclərin məlumatlandırılmasına həsr olunub. Sessiyada Dövlət Proqramı məzunları da öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirdə çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov bildirib ki, xaricdə təhsil üzrə dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün də uğurla davam etdirilir. Onun sözlərinə görə, proqramın ilk mərhələsi 2009–2015-ci illəri əhatə edib, hazırda isə 2019–2028-ci illər üzrə “Xaricdə təhsil üzrə Dövlət Proqramı” icra olunur. Q. Xəlilov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” siyasəti çərçivəsində gənclərin xaricdə nüfuzlu universitetlərdə təhsil alması üçün geniş imkanlar yaradılıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük diqqət göstərildiyini bildirib. O qeyd edib ki, son illər yeni ali təhsil müəssisələrinin yaradılması, mövcud universitetlərin infrastrukturunun yenilənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu siyasətin tərkib hissəsidir. Deputat əlavə edib ki, ADA University, Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan-İtaliya Universiteti kimi layihələr ölkənin ali təhsil sisteminin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, gənclərin xaricdə təhsil alması üçün yaradılan imkanlar böyük fürsət olmaqla yanaşı, həm də ciddi məsuliyyət tələb edir.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Ceyhun Hüseynov isə çıxışında qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması ənənəsi hələ sovet dövründən mövcuddur və müstəqillik dövründə də bu siyasət davam etdirilib. O xatırladıb ki, Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə 2007–2015-ci illəri əhatə edən “Xaricdə təhsil üzrə Dövlət Proqramı” təsis olunub və minlərlə gəncin nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradılıb. C.Hüseynov əlavə edib ki, xaricdə təhsil almaq gənclərin bilik və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır və onların ölkənin inkişafına töhfə verməsinə imkan yaradır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov isə bildirib ki, dövlət tərəfindən gənclərin xaricdə keyfiyyətli təhsil alması üçün yaradılan imkanlar böyük etimad və məsuliyyət deməkdir. Onun sözlərinə görə, gənclər əldə etdikləri bilik və təcrübəni Azərbaycana gətirərək ölkənin inkişafına töhfə verməlidirlər. R.Zeynalov qeyd edib ki, Dövlət Proqramını qazanmaq ciddi hazırlıq və yüksək bilik tələb edir.

Tədbirin əsas məqsədi prioritet ixtisas sahələri üzrə istedadlı və potensiallı gənclərin proqramda iştirakını təşviq etmək və bu imkanları daha geniş auditoriyaya çatdırmaq olub.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramına müraciət aprelin 15-də açıq elan olunacaq. Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb. Bu ildən proqram çərçivəsində “Mədəniyyət və incəsənət” sahəsi üzrə də imkanlar genişləndirilib.

Məlumata görə, “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyədək 413 nəfər bakalavriat, 1362 nəfər magistratura, 19 nəfər isə doktorantura səviyyəsi üzrə olmaqla ümumilikdə 1794 nəfər Dövlət Proqramı qalibi adını qazanıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub10.03.2026 - 18:21
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub10.03.2026 - 17:52
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 17:42
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı10.03.2026 - 17:40
BMU-da EMTA ilə birgə tələbələr üçün seminar təşkil edilib10.03.2026 - 17:38
İsti vanna məşqi əvəz edə bilər - isti suyun orqanizmə təsirləri10.03.2026 - 17:35
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib10.03.2026 - 17:32
Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür10.03.2026 - 17:30
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib10.03.2026 - 17:27
Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 10.03.2026 - 17:24
Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq10.03.2026 - 17:20
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 17:19
“Ad günü şamları” sənədli filminin silsilə qapalı nümayişlərinə başlanılır10.03.2026 - 17:18
Türk dünyasının sarsılmaz birliyini tərənnüm edən konsert10.03.2026 - 17:12
Rəşad Zeynalov: Texnologiya və innovasiya sahəsində ixtisaslaşan gənclərə böyük ehtiyac var10.03.2026 - 17:10
Akademik Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə təntənəli tədbir 10.03.2026 - 17:08
Tamer Qaradağlı: Azərbaycan teatrı güclü ənənələrə malikdir 10.03.2026 - 17:04
ASA ilə Malayziyanın INTI Beynəlxalq Universiteti əməkdaşlıq edəcək10.03.2026 - 17:00
Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub10.03.2026 - 16:52
Xaricdə təhsil üzrə DP-yə mədəniyyət və incəsənət sahəsi üzrə müraciətlər artır10.03.2026 - 16:50
"Google Maps"dən Bakı ilə bağlı yenilik10.03.2026 - 16:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub10.03.2026 - 16:40
Günəşdə son iki həftədə ən güclü partlayış baş verib10.03.2026 - 16:32