"3I/ATLAS" kometasında həqiqətən də kosmik gəmi ola bilər".
“Tehsil365“ xəbər verir ki, bunu "İzvestiya" nəşri yazıb.
Məlumata görə, astrofizik Avi Leb bu hipotezi dəstəkləyən başqa bir əlamət aşkar edib.
Alim bildirib ki, kometada mühərriklərin işini xatırladan əlamətlər müşahidə olunub. Xüsusilə "Hubble" teleskopu ilə çəkilmiş görüntülərdə üç simmetrik qaz axını görünür. Onlar Günəşə doğru yönəlib və kosmik cismin kosmik məkandakı mövqeyini sabitləşdirir.
Xatırladaq ki, 2026-cı il martın 16-da ulduzlararası "yadplanetli" olan "3I/ATLAS" Yupiterdən cəmi 53 milyon km məsafədə olacaq.
Eyni zamanda bir çox astronomlar "3I/ATLAS"ın hansısa başqa ulduz sistemindən bizə doğru start götürən ulduzlararası kometa olduğu qənaətindədirlər. Həmçinin bəziləri hesab edirlər ki, bu, kometa kimi maskalanmış yadplanetli kosmik gəmidir.

