Təhsil 365 - Logo Mobile

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub

7210.03.2026 - 17:52
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.

Bu barədə "Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb.

Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.

Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib.

Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub10.03.2026 - 18:21
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 17:42
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı10.03.2026 - 17:40
BMU-da EMTA ilə birgə tələbələr üçün seminar təşkil edilib10.03.2026 - 17:38
İsti vanna məşqi əvəz edə bilər - isti suyun orqanizmə təsirləri10.03.2026 - 17:35
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib10.03.2026 - 17:32
Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür10.03.2026 - 17:30
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib10.03.2026 - 17:27
Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 10.03.2026 - 17:24
Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq10.03.2026 - 17:20
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 17:19
“Ad günü şamları” sənədli filminin silsilə qapalı nümayişlərinə başlanılır10.03.2026 - 17:18
Türk dünyasının sarsılmaz birliyini tərənnüm edən konsert10.03.2026 - 17:12
Rəşad Zeynalov: Texnologiya və innovasiya sahəsində ixtisaslaşan gənclərə böyük ehtiyac var10.03.2026 - 17:10
Akademik Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə təntənəli tədbir 10.03.2026 - 17:08
Tamer Qaradağlı: Azərbaycan teatrı güclü ənənələrə malikdir 10.03.2026 - 17:04
ASA ilə Malayziyanın INTI Beynəlxalq Universiteti əməkdaşlıq edəcək10.03.2026 - 17:00
Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub10.03.2026 - 16:52
Xaricdə təhsil üzrə DP-yə mədəniyyət və incəsənət sahəsi üzrə müraciətlər artır10.03.2026 - 16:50
"Google Maps"dən Bakı ilə bağlı yenilik10.03.2026 - 16:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub10.03.2026 - 16:40
Günəşdə son iki həftədə ən güclü partlayış baş verib10.03.2026 - 16:32