Təhsil 365 - Logo Mobile

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub

9510.03.2026 - 17:19
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 10 Mart – Azərbaycan Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365“ xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Teatr və mədəniyyətşünaslıq" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxışında Milli Teatr Gününün hər il qeyd olunmasının artıq ənənə halını aldığını vurğulayıb.

O bildirib ki, bu münasibətlə müxtəlif teatr nümunələri hazırlanaraq tamaşaçılara təqdim olunur və belə tədbirlərin təşkil olunması bu sənətə marağın artırılmasında əhəmiyyətli rol oynayır.

Universitetin "Teatr və mədəniyyətşünaslıq" kafedrasının müəllimi, rejissor Nurbəniz Bağırovanın rəhbərliyi altında "Aktyor sənəti" ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yazıçı-dramaturq Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Tələbə Teatr Studiyasının səhnəsində nümayiş etdirilib.

Bədii rəhbəri Gülxarə Əhmədova, quruluşçu rəssamı isə Cavid İsmayılov olan bu səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra NDU-nun rektoru Elbrus İsayev çıxış edərək əlamətdar gün münasibətilə aktyorları təbrik edib, muxtar respublikada, eləcə də ölkə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə universiteti uğurla təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib.

Rektor vurğulayıb ki, tələbələrin qazandıqları nailiyyətlər universitet üçün əsas qürur mənbəyidir.

Elbrus İsayev həmçinin əlavə edib ki, ali təhsil müəssisəsində aktyorluq sahəsi üzrə ölkənin tanınmış sənət adamları tədris prosesinə cəlb olunur və bu da gənc aktyorların peşəkar formalaşmasına mühüm töhfə verir.

Çıxışının sonunda rektor Tələbə Teatr Studiyasının fəaliyyətini yüksək qiymətləndirərək bu sahədə çalışan hər kəsə uğurlar arzulayıb. Bildirib ki, belə əlamətdar günlər teatr sənətinin yaşadılması, gənc aktyorların yetişdirilməsi və milli teatr irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda universitetin mədəni həyatının zənginləşdirilməsinə verdiyi töhfələrə və 2025-ci il ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə İncəsənət fakültəsinin bir qrup müəllim və tələbəsi təşəkkürnamə ilə təltif olunub.

Mehriban İbadova

Xəbər Lenti

Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub10.03.2026 - 18:21
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub10.03.2026 - 17:52
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 17:42
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı10.03.2026 - 17:40
BMU-da EMTA ilə birgə tələbələr üçün seminar təşkil edilib10.03.2026 - 17:38
İsti vanna məşqi əvəz edə bilər - isti suyun orqanizmə təsirləri10.03.2026 - 17:35
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib10.03.2026 - 17:32
Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür10.03.2026 - 17:30
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib10.03.2026 - 17:27
Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 10.03.2026 - 17:24
Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq10.03.2026 - 17:20
“Ad günü şamları” sənədli filminin silsilə qapalı nümayişlərinə başlanılır10.03.2026 - 17:18
Türk dünyasının sarsılmaz birliyini tərənnüm edən konsert10.03.2026 - 17:12
Rəşad Zeynalov: Texnologiya və innovasiya sahəsində ixtisaslaşan gənclərə böyük ehtiyac var10.03.2026 - 17:10
Akademik Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə təntənəli tədbir 10.03.2026 - 17:08
Tamer Qaradağlı: Azərbaycan teatrı güclü ənənələrə malikdir 10.03.2026 - 17:04
ASA ilə Malayziyanın INTI Beynəlxalq Universiteti əməkdaşlıq edəcək10.03.2026 - 17:00
Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub10.03.2026 - 16:52
Xaricdə təhsil üzrə DP-yə mədəniyyət və incəsənət sahəsi üzrə müraciətlər artır10.03.2026 - 16:50
"Google Maps"dən Bakı ilə bağlı yenilik10.03.2026 - 16:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub10.03.2026 - 16:40
Günəşdə son iki həftədə ən güclü partlayış baş verib10.03.2026 - 16:32