Təhsil 365 - Logo Mobile

“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub

7210.03.2026 - 18:21
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” (“Zarifa i Hejdar Alijev. Lyubav koja je dotakla vječnost”) kitabı Sarayevoda boşnak dilində işıq üzü görüb.

Bu barədə “Tehsil365"ə məlumat verilib. Bildirilib ki, bu nəşr son üç ildə səfirliyin Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği istiqamətində çap etdirdiyi ikinci mühüm kitabdır. Xatırladaq ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində 2023-cü ildə bosniyalı politoloq Admir Lisitsanın “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf” adlı əsəri də oxuculara təqdim olunmuşdu.

Rus dilində qələmə alınan, son üç ildə Azərbaycan, qazax, özbək, Ukrayna dillərinə tərcümə olunaraq oxucular arasında geniş populyarlıq qazanan əsəri boşnak dilinə xanım Mayda Musiç tərcümə edib.

Heydər Əliyev haqqında bir sıra əsərlərin, o cümlədən çoxcildli “Şəxsiyyət və zaman” roman-epopeyasının müəllifi olan Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti – 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev haqqında bir sıra əsərlərin, o cümlədən çoxcildli “Şəxsiyyət və zaman” roman-epopeyasının müəllifi olan Elmira Axundovanın bu kitabı xalqımızın iki görkəmli şəxsiyyəti – 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 32 illik birgə həyatına həsr olunub. Müəllif xalqa və dövlətə xidmət kimi nəcib amala köklənən mənalı ömrün bütün mərhələlərinə işıq salmağa çalışıb. İlk tanışlıqdan tutmuş Zərifə xanımın vaxtsız vəfatına qədər birlikdə yaşadıqları həyatın biri-birindən zəngin və maraqlı illəri əsərin səhifələrində təkcə müəllifin təhkiyəsində deyil, Heydər Əliyevi və Zərifə xanımı yaxından tanıyan onlarla insanın xatirələri əsasında işıqlandırılıb. Əsərdə iki böyük şəxsiyyəti birləşdirən mənəvi tellər, onların həqiqi məhəbbətə və məqsəd birliyinə əsaslanan səmimi ailə münasibətləri, övladlarının tərbiyəsinə münasibət, ölkənin mədəni-mənəvi dirçəlişindəki böyük rolu, həyatları boyu üz-üzə gəldikləri, amma qarşılıqlı inam və məhəbbətin gücü ilə dəf etdikləri sınaqlar, çətinliklər haqda söz açılıb. Müəllif keçmiş Sovet İttifaqının rəhbərlərindən biri olan, Siyasi Büro üzvlüyünə yüksələn, çoxlarının sərt və prinsipial siyasətçi, dövlət adamı kimi tanıdığı Heydər Əliyevi yalnız iş kabinetində deyil, ev mühitində, yaxınları və doğmaları arasında göstərməyə, onun ailə üzvlərinə, yaxınlarına, mədəniyyət və sənət adamlarına, ümumən insanlara münasibətdə səmimilik, qayğıkeşlik, diqqətlilik kimi cəhətlərini təsvir etməyə daha çox üstünlük verib.

Vaxtilə əsəri Azərbaycan dilinə tərcümə edən ədəbiyyatşünas alim, səfir Vilayət Quliyev xarici işlər naziri kimi Heydər Əliyevlə dördillik iş təcrübəsi zəminində kitaba “Heç zaman bitməyən bir eşq hekayəsi” adlı maraqlı və təsirli sözardı yazıb.

Nəfis tərtibatla çap olunmuş kitabın Zərifə və Heydər Əliyevlərin birgə həyatının müxtəlif dövrlərini göz önündə canlandıran illüstrativ materiallar əlavə edilib.

Kitabın Bosniya və Herseqovina kitabxanalarına, dövlət qurumlarına, elmi-akademik təşkilatlarına və universitetlərinə, eləcə də boşnak dilinin anlaşıldığı Serbiya və Xorvatiyadakı səfirliklərimizə göndərilməsi nəzərdə tutulur.

Nəşrin əsas məqsədi Azərbaycanın müasir tarixini və görkəmli şəxsiyyətlərini Qərbi Balkan ictimaiyyətinə daha yaxından tanıtmaqdır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı10.03.2026 - 19:55
DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub10.03.2026 - 19:48
DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib10.03.2026 - 19:42
Sabah yağış yağacaq, külək əsəcək10.03.2026 - 19:36
Azərbaycanda tanınmış jurnalist vəfat etdi 10.03.2026 - 19:30
“Məktəblərdə ev tapşırıqlarının çox olması şagirdlərə necə təsir edir?” – Təhsil eksperti açıqladı10.03.2026 - 19:25
Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub10.03.2026 - 17:52
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 17:42
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı10.03.2026 - 17:40
BMU-da EMTA ilə birgə tələbələr üçün seminar təşkil edilib10.03.2026 - 17:38
İsti vanna məşqi əvəz edə bilər - isti suyun orqanizmə təsirləri10.03.2026 - 17:35
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib10.03.2026 - 17:32
Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür10.03.2026 - 17:30
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib10.03.2026 - 17:27
Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 10.03.2026 - 17:24
Buraxılış imtahanının nəticələri bu tarixdə açıqlanacaq10.03.2026 - 17:20
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 17:19
“Ad günü şamları” sənədli filminin silsilə qapalı nümayişlərinə başlanılır10.03.2026 - 17:18
Türk dünyasının sarsılmaz birliyini tərənnüm edən konsert10.03.2026 - 17:12
Rəşad Zeynalov: Texnologiya və innovasiya sahəsində ixtisaslaşan gənclərə böyük ehtiyac var10.03.2026 - 17:10
Akademik Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə təntənəli tədbir 10.03.2026 - 17:08
Tamer Qaradağlı: Azərbaycan teatrı güclü ənənələrə malikdir 10.03.2026 - 17:04