Təhsil 365 - Logo Mobile

MEDİA bəyanat yaydı

8710.03.2026 - 18:55
MEDİA bəyanat yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanat yayıb.

Tehsil365” xəbər verir ki, bəyanatda Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verildiyi bildirilib.

"Xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.

Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilib

Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür", - deyə bildirilib.

Bəyanatda həmçinin qeyd olunub: "Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülmüş, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınmışdır.

Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilmişdir.

Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur".

Fatimə Cəfərzadə

Xəbər Lenti

Bu günün hava PROQNOZU25.04.2026 - 07:15
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur25.04.2026 - 07:00
Yüksək faiz dərəcələri tələbə kredit borcunu artırdı: gənc tələbənin çətin qərarı25.04.2026 - 07:00
Azərbaycan və Peru arasında diplomatik münasibətlərin qurulmasından illər ötür25.04.2026 - 06:36
2008-ci ildə şəhər adları dəyişdirildi: Əli Bayramlı Şirvan, Xanlar isə Göygöl oldu25.04.2026 - 06:18
Milli Qəhrəman Albert Aqarunovun şücaətli həyat yolu25.04.2026 - 06:00
Musiqiçi alim Adelaida Məmmədovanın zəngin həyat yolu25.04.2026 - 05:42
İdman fotoqrafı Faiq Rəcəbli: anları tarixə çevirən sənətkar25.04.2026 - 05:18
Aysel Teymurzadə: Avroviziya uğuru ilə yadda qalan müğənni25.04.2026 - 05:06
Xalq artisti Həmidə Ömərovanın sənət yolu və uğurları25.04.2026 - 04:54
Şair və jurnalist İsmixan Didərginin həyat yolu25.04.2026 - 04:36
Azərbaycan qarmon sənətinin tanınmış nümayəndəsi Teyyub Dəmirov25.04.2026 - 04:18
Görkəmli ədəbiyyatşünas Mikayıl Rəfilinin həyat və yaradıcılığı25.04.2026 - 04:00
Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00