Təhsil 365 - Logo Mobile

Kiyevdə Azərbaycana dair esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

8411.03.2026 - 09:00
Kiyevdə Azərbaycana dair esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, Ukraynanın nüfuzlu ali məktəblərin 200-ə yaxın tələbəsinin iştirak etdiyi müsabiqədə Azərbaycanın Zəfər tarixi, suverenliyi, iki ölkə arasında tarixi münasibətlərə dair müxtəlif mövzular üzrə esse yazılıb.

Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi ilk olaraq Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. Mükafatlandırılma mərasimindən öncə geniş auditoriya qarşısında çıxış edən ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, müsabiqənin qalibləri arasında gələcək diplomatlar da var. Bəlkə də gələcəkdə bu gənclər ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Sonra institutun direktoru Valeri Kopeyka çıxış edərək qeyd edib ki, ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir.

Çıxışlardan sonra müsabiqənin qaibləri mükafatlandırılıb.

Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi daha sonra Kiyev Politexnik İnstitutunda keçirilib. Mərasimdən əvvəl səfir və ali təhsil ocağının rektoru Anatoli Melniçenko arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Sonra səfir qalibləri mükafatlandırıb.

Müsabiqənin qalibi Katarina Mamoşina çıxışında Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil edilən ümumukrayna müsabiqəsində iştirak etmək imkanına görə təşəkkür edib. “Bu gün ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək tammiqyaslı müharibə kontekstində çox vacib bir mövzudur. Bu məsələ həm Ukrayna, həm də Azərbaycan üçün həqiqətən də vacib bir mövzudur. Belə müsabiqələr Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına töhfə verir”, - deyə Katarina Mamoşina əlavə edib.

Müsabiqənin daha bir qalibi Dmitro Kovtun qeyd edib ki, bu cür müsabiqənin keçirilməsi Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın hüquqi çərçivəsini, eləcə də bugünkü dünyada ərazi bütövlüyü və suverenliyi məsələlərini daha da araşdırmaq imkanı verir. “Mən bu müsabiqədə iştirak etməklə Azərbaycanı daha yaxından öyrənmək imkanını əldə etdim. Bu fürsəti yaratdığına görə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”,-deyə o əlavə edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Rezidenturaya qəbul imtahanının TARİXİ11.03.2026 - 10:10
"Uşaqların məktəb mühitinə uyğunlaşması onların inkişafı üçün vacibdir" - Arzu Fərəcova11.03.2026 - 09:55
“Ev tapşırığına maraq azalır” - Arif Əliyev11.03.2026 - 09:45
Nazir Qarabağdakı müəllimlərlə görüşdü11.03.2026 - 09:36
DİM-də növbəti təlim keçirilib11.03.2026 - 09:30
Uşaqlarda yorğunluğun əsas səbəbləri açıqlandı11.03.2026 - 09:28
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edildi11.03.2026 - 09:18
Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - FOTO11.03.2026 - 09:09
Qarışqaların “Ay kompası” kəşf edildi11.03.2026 - 09:05
Depressiyanın müalicəsində yol verilən təhlükəli səhv11.03.2026 - 08:53
Gözlərinizi tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər11.03.2026 - 08:45
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə11.03.2026 - 08:37
Sağlamlıq üçün ən faydalı 3 çərəz11.03.2026 - 08:29
Marsda yeni mineral kəşf edildi11.03.2026 - 08:20
Dünyanın ən təhlükəli bitkiləri - onlara yaxınlaşmayın, öldürə bilər11.03.2026 - 08:13
Mart ayında yuxu problemlərinin səbəbi11.03.2026 - 08:04
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı11.03.2026 - 07:55
Gündə 20 dəqiqəlik gəzintinin faydaları: Sağlamlıq üçün 5 üstünlük11.03.2026 - 07:46
Azərbaycan Milli Teatr Günü NDU-da11.03.2026 - 07:37
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - Video11.03.2026 - 07:30
Bu günün hava proqnozu 11.03.2026 - 07:22
Sudan sonra ən sağlıqlı içki açıqlanıb11.03.2026 - 07:15
Bu qidaları soyuducuda saxlamaq olmaz11.03.2026 - 07:09
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan etdi11.03.2026 - 07:00
Bir neçə ölkədə ilk dəfə COVID-19 yoluxması qeydə alındı11.03.2026 - 06:36
Azərbaycan təsviri sənətində özünəməxsus üslub yaratmış rəssam – Əşrəf Muradoğlu11.03.2026 - 06:18
Azərbaycan qadın futbolunun gənc nümayəndəsi – Vüsalə Seyfəddinova11.03.2026 - 06:00
Avroviziya səhnəsində Azərbaycanı təmsil edən müğənni – Çingiz Mustafayev11.03.2026 - 05:42
Tanınmış kamança ifaçısı və alim – Toğrul Mirnazim oğlu Əsədullayev11.03.2026 - 05:18
Azərbaycan səhnəsinin tanınmış sənətkarı – Hicran Fətəli qızı Nəsirova11.03.2026 - 05:06
Azərbaycan səhnəsinin tanınmış simalarından biri – Lütviyyə Şamil qızı Səfərova11.03.2026 - 04:54
Milli Azadlıq hərəkatının fəallarından biri: Oqtay Eldəgəz11.03.2026 - 04:18
Azərbaycanın görkəmli səhnə ustası: Bəşir Səfər oğlu Səfərov11.03.2026 - 04:00
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı10.03.2026 - 19:55
DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub10.03.2026 - 19:48
DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib10.03.2026 - 19:42
Sabah yağış yağacaq, külək əsəcək10.03.2026 - 19:36
Azərbaycanda tanınmış jurnalist vəfat etdi 10.03.2026 - 19:30
“Məktəblərdə ev tapşırıqlarının çox olması şagirdlərə necə təsir edir?” – Təhsil eksperti açıqladı10.03.2026 - 19:25
Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48